4,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » İspaniya məhkəməsindən Forkadel qərarı - Kataloniya parlamentinin spikeri həbs edildi


İspaniya məhkəməsindən Forkadel qərarı - Kataloniya parlamentinin spikeri həbs edildi

30.11.-0001 00:00
admin

Kataloniya parlamentinin spikeri Karme Forkadel İspaniya Ali Məhkəməsinin qərarı ilə həbs ediləcək. 

Bu barədə ATV.az RİA Novosti-yə istinadən xəbər verir. Məlumata görə, ədliyyə orqanı həbs qəti imkan tədbiri seçsə də, Forkadel 150 min avro girov müqabilində azadlığa çıxa bilər. Kataloniya parlamenti rəyasət heyətinin digər üzvləri Luis Korominas, Luis Qino, Anna Simo, Ramona Barrufet barəsində hələlik həbs qərarı verilməyib, buna görə onlar  həftə ərzində 25 min avro məbləğində girov ödəməlidirlər. Koalisiya nümayəndəsi Joan Josep Nuet isə girov ödəmədən azadlıqda qala bilər. Karme Forkadel və digər 4 deputat girov ödədikləri təqdirdə hər həftə məhkəmə qarşısına çıxmalı və İspaniyanın hüdudlarından kənara çıxmamalıdırlar, onların pasportları məhkəmə tərəfindən götürüləcək. Prokurorluq Karme Forkadel və rəyasət heyətin 3 üzvü barəsində həbs qətimkan tədbirinin seçilməsini və 6 siyasətçinin 6,2 mln. avro girov ödənilməsini tələb etmişdi. Qeyd edək ki, ötən gün İspaniyanın Ali Məhkəməsində Karme Forkadel, Luis Korominas və Luis Qino Konstitusiyanın Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsini dəstəklədiklərini bəyan ediblər. Onlar Kataloniyanın müstəqil elan edilməsini “istisna olaraq simvolik” adlandırıblar. Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində  ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 48 ilədək həbs cəzası nəzərdə tutulur.  

Rövşən Əliyev/ ATV.az

Mənbə: news.atv.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2017    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031