28,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Dünyada köçkünlərin sayı AÇIQALNDI


Dünyada köçkünlərin sayı AÇIQALNDI

19.06.2017 15:55
admin

2016-cı ilin sonunda köçkünlərin sayı 40,3 milyon olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2016-cı il üzrə açıqladığı hesabatda bildirilir.

Sənədə əsasən, bu statistika ötən il 40,8 milyon olub.

BMT-nin qaçqınlar üzrə agentliyi olan BMT QAK tərəfindən bu gün dərc olunmuş hesabata əsasən, bütün dünyada müharibə, zorakılıq və təqiblər indiyə qədər olduğundan daha çox sayda insanların zorla didərgin salınmasına səbəb olmaqdadır.

Təşkilatın didərginlik hallarına dair əsas illik icmalı olan BMT QAK-ın Qlobal tendensiyalara dair yeni hesabatında deyilir ki, 2016-cı ilin sonunda bütün dünyada zorla didərgin salınmış insanların sayı 65,6 milyon olmuşdur ki, bu da əvvəlki ildən təxminən 300.000 nəfər çoxdur. Bu ümumi rəqəm bütün dünyada himayəyə ehtiyacı olan insanların sayının həddən artıq çox olduğunu göstərir.

65,6 milyon rəqəmi üç mühüm komponentdən ibarətdir. Birincisi qaçqınların sayıdır, bu say 22,5 milyon təşkil edir ki, bu da indiyədək müşahidə edilən saydan artıqdır. Bunlardan 17,2 milyonu BMT QAK-ın aidiyyətindədir, qalanları isə digər BMT qurumu olan Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üçün BMT-nin Yaxın Şərq Agentliyi (UNRWA) tərəfindən qeydiyyata alınmış fələstinli qaçqınlardır. Suriya münaqişəsi dünyada ən çox (5,5 milyon) qaçqın doğuran münaqişə olaraq qalır, bununla belə, 2016-cı ildə ən böyük yeni faktor Cənubi Sudan olmuşdur, orada həmin ilin iyulunda sülh səylərinin acınacaqlı uğursuzluğu ilin sonu üçün 739.900 insanın ölkəni tərk etməsinə şərait yaratmışdır (bu gün onların sayı 1,87 milyon nəfərdir).

İkincisi insanların öz ölkələri daxilində köçkün düşməsi hallarıdır, onların sayı 2016-cı ilin sonunda 40,3 milyon olub. Müqayisə üçün qeyd olunmalıdır ki, ondan əvvəlki ildə bu say 40,8 milyon olub. Ən çoxsaylı məcburi köçkünlük situasiyaları Suriyada, İraqda və hələ də ölkə daxilində çoxlu sayda məcburi köçkünlük hallarının baş verdiyi Kolumbiyadadır, bununla belə, məcburi köçkünlük problemi ümumdünya problemidir və qlobal səviyyədə zorla didərgin salınma hallarının ümumilikdə təxminən üçdə ikisini əhatə edir.

Üçüncüsü sığınacaq axtaranlardır, bunlar ölkələrini tərk etmiş olan və qaçqın qismində beynəlxalq himayə axtaran insanlardır. 2016-cı ilin sonunda sığınacaq axtaran insanların sayı qlobal səviyyədə 2,8 milyon olub.

Bu, ümumən qlobal səviyyədə müharibələrin və təqiblərin insanlar arasında çoxsaylı itkilər bahasına başa gəlməsi deməkdir: 65,6 milyon nəfər o deməkdir ki, bu gün bütün dünyada orta hesabla hər 113 nəfərdən biri didərgin düşmüş şəxsdir, bu isə dünyada əhalisinin sayına görə 21-ci olan Birləşmiş Krallığın əhalisinin sayından çoxdur.

"Bu, istənilən baxımdan qəbuledilməz rəqəmdir və böhranların qarşısının alınmasında və həll edilməsində həmrəyliyin və ümumi məqsədin olmasına, habelə həll yolları axtarıldığı müddətdə dünyadakı qaçqınların, məcburi köçkünlərin və sığınacaq axtaranların lazımi qaydada müdafiə və himayə edilməsini birlikdə təmin etməyə həmişəkindən daha çox ehtiyac olmasından xəbər verir", - deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirmişdir. "Biz bu insanlar üçün daha yaxşı çalışmalıyıq. Münaqişə içərisində olan dünyadan qorxu deyil, qətiyyət və cəsarət tələb olunur".

Hesabatda gəlinən əsas qənaətlərdən biri ondan ibarətdir ki, konkret olaraq yeni didərginlik hallarının səviyyəsi çox yüksək olaraq qalır. Qlobal miqyasda zorla didərgin salınmış 65,6 milyon nəfərdən 10,3 milyonu 2016-cı ildə didərgin düşənlərdir. Onların təxminən üçdə ikisi (6,9 milyonu) öz ölkələri daxilində köç edənlər, yəni məcburi köçkünlərdir. Bu, hər üç saniyədə bir nəfərin didərginə çevrilməsi deməkdir, bu isə bu cümləni oxumağa sərf edilən vaxtdan da azdır.

Eyni zamanda, qaçqınların və məcburi köçkünlərin evlərinə qayıdışı, üçüncü ölkələrdə məskunlaşdırılma kimi digər həll yolları ilə birlikdə, o deməkdir ki, 2016-cı ildə bəzilərinin vəziyyətinin yaxşılaşması üçün perspektiv yaranıb. Təxminən 37 ölkə ümumilikdə 189.300 qaçqını məskunlaşdırmaq üçün qəbul etmişdir. Digər qaçqınların təxminən yarım milyonu doğma ölkələrinə, təxminən 6,5 milyon məcburi köçkün isə doğma ərazilərinə qayıda biliblər - hərçənd ki, onların çoxu üçün bu heç də ideal şəraitdə baş verməyib və onlar qeyri-müəyyən perspektivlərlə qarşılaşmışlar.

2016-cı ilin sonu üçün bütün dünyada ən çox sayda (84 faiz) qaçqın aşağı və ya orta gəlirli ölkələrdə olmuşdur. Onların hər üç nəfərindən biri (4,9 milyon nəfər) ən az inkişaf etmiş ölkələr tərəfindən qəbul edilmişdir. Bu nəhəng disbalans bir neçə məqamı, o cümlədən qaçqınların qəbulu məsələsində hələ də beynəlxalq səviyyədə konsensusun olmadığını və yoxsul ölkələrin çoxunun münaqişə regionlarına yaxın olduğunu özündə əks etdirir. O həm də qaçqınlara və didərgin düşmüş digər insanlara dəstək olan ölkələrin və icmaların güclü resurslara və dəstəyə ehtiyacları olduğunu əyani şəkildə nümayiş etdirir - bunların olmaması qeyri-sabitlik yarada, insanların həyatlarını xilas edən humanitar işlər üçün mənfi nəticələr doğura, yaxud ikinci didərginlik hallarına gətirib çıxara bilər.

Əhalisi baxımından Suriya hələ də ümumilikdə ən çox sayda didərgin düşmüş insanları olan ölkədir, burada 12 milyon nəfər (təxminən əhalinin üçdə ikisi) ya ölkə daxilində didərgin düşüb, ya da qaçqın və ya sığınacaq axtaran şəxs qismində ölkə xaricinə qaçıb. Fələstinli qaçqınların uzunmüddətli durumunu nəzərə almasaq, əhalisi ən çox sayda didərgin düşmüş ikinci ölkə Kolumbiya (7.7 milyon), üçüncüsü isə əfqanlar (4,7 milyon) olmuşdur. Onların ardınca iraqlılar (4,2 milyon) və cənubi sudanlılar gəlir (bu, dünyada didərgin əhalisinin sayı ən yüksək sürətlə artan ölkədir, orada ilin sonu üçün 3,3 milyon nəfər evlərini tərk etmişdir).

Dünyadakı qaçqınların yarısını təşkil edən uşaqlar qeyri-mütənasib dərəcədə iztirab yükü daşımaqda davam edirlər, bunun əsas səbəbi onların daha çox müdafiəsiz vəziyyətdə olmalarıdır. Faciəli haldır ki, təkbaşına yola çıxan və ya valideynlərindən ayrı düşən uşaqlardan sığınacaq üçün 75.000 müraciət qəbul edilib. Hesabatda deyilir ki, hətta bu rəqəm də, güman ki, həqiqi rəqəmdən azdır.

BMT QAK-ın hesablamalarına görə 2016-cı ilin sonunda azı 10 milyon insan vətəndaşlığa malik olmayıb və ya vətəndaşsızlıq riski altında olub. Lakin hökumətlər tərəfindən qeydə alınan və BMT QAK-a təqdim edilən məlumatlarda 75 ölkədə vətəndaşlığa malik olmayan insanların sayı 3,2 milyon nəfərlə məhdudlaşır.

"Qlobal tendensiyalar" hesabatında zorla didərgin salınma hallarının statistik qiymətləndirilməsi yer alıb və 2016-cı ildə qaçqınlar dünyasında baş etmiş bir sıra mühüm hadisələr əhatə olunmayıb. Buraya bir çox ölkələrdə sığınacaq problemlərinin getdikcə daha çox siyasiləşdirilməsi, bəzi regionlarda himayə tədbirlərinə çıxış imkanlarının məhdudlaşdırılması, eləcə də müsbət hadisələr daxildir, məsələn, 2016-cı ilin sentyabrında qaçqınlara və miqrantlara dair tarixi zirvə toplantılarının keçirilməsi, onların ardınca əlamətdar Nyu-York Bəyannaməsinin qəbul edilməsi, qaçqınlara münasibətdə kompleks tədbirlər çərçivəsində didərginlik hallarının öhdəsindən gəlmək işində bütün cəmiyyət üzvlərinin iştirakını nəzərdə tutan yeni yanaşmanın tətbiq edilməsi və qəbuledici ölkələrin və donor hökumətlərin qaçqınlara və didərgin düşmüş digər əhaliyə münasibətdə eyni dərəcədə yüksək alicənablıq göstərməsi.

BMT QAK "Qlobal tendensiyalar" hesabatını öz məlumatları, habelə tərəfdaşı olan Məcburi Köçkünlük Hallarının Monitorinqi Mərkəzindən aldığı məlumatlar və hökumətlərdən aldığı məlumatlar əsasında hər il təqdim edir.

"Qlobal tendensiyalar" hesabatı 20 iyun Ümumdünya Qaçqınlar Günü ərəfəsində açıqlanır.

Yayımçılar, yeni təşkilatlar və digər media əməkdaşları üçün: multimedia materialları toplusu, "Qlobal tendensiyalar" hesabatının tam mətni və BMT QAK-ın ölkələr və dünya üzrə sözçülərinin əlaqə məlumatlarını "Qlobal tendensiyalar" hesabatının İnternetdəki media səhifəsindən tapmaq olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930