28,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Fransada parlament seçkilərinin qalibi müəyyənləşib - YENİLƏNİB


Fransada parlament seçkilərinin qalibi müəyyənləşib - YENİLƏNİB

19.06.2017 09:04
admin

19.06.2017

08:04

Fransada keçirilən parlament seçkilərinin ikinci turunda ölkə başçısı Emmanuel Makronun "İrəli, Respublika!" hərəkatı qalıb gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.

Bülletenlərin 95 faizinin hesablanmasından sonra "İrəli, Respublika!" hərəkatı müttəfiqləri MoDem-lə ("Demokratik hərəkat" partiyası) birgə parlamentdə azı 325 yerə sahib çıxaraq mütləq çoxluğa nail olublar. Sağ-mərkəzçi "Respublikaçılar" partiyası 110, "Sosialist Partiyası" - 28, sağ-mərkəzçi "Demokratlar və müstəqillər İttifaqı" - 17, "Fəth olunmayan Fransa" hərəkatı - 16, "Kommunist Partiyası" - 10, "Milli Cəbhə" - 8 mandat əldə edib.
 
"Milli Cəbhə"nin lideri Marin Le Pen ilk dəfə parlamentə seçilib. Fransa parlamentinin aşağı palatası Milli Məclisə həmçinin  "Fəth olunmayan Fransa" hərəkatının lideri Jan-Lyuk Melanşon və sabiq baş nazir Manuel Vals seçilib.
 
Seçkilərdə seçicilərin 35,33 faizi iştirak edib.

-----------------

18.06.2017

22:33

Fransada keçirilən parlament seçkilərinin ikinci  turunda ölkə başçısı Emmanuel Makronun "İrəli, Respublika!" hərəkatı qalıb gəlir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.

Bülletenlərin 56 faizinin hesablanmasından sonra mərkəzçi "İrəli, Respublika!" 41,25 faiz seçici səsi toplayıb. Sağ-mərkəzçi "Respublikaçılar" partiyası 22,59 faiz, Marin Le Penin "Milli Cəbhə"si 9,93,01 faiz, sabiq hakim  "Sosialist Partiyası" 6,24 faiz, Jan Lyuk Melanşonun "Təslim olmamış Fransa" partiyası 2,89 faiz səs toplayıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930