28,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Londonda sürücü avtomobili məsciddən çıxan insanların üzərinə sürüb, ölən və yaralananlar var - FOTO


Londonda sürücü avtomobili məsciddən çıxan insanların üzərinə sürüb, ölən və yaralananlar var - FOTO

19.06.2017 09:54
admin

08:54

Londonda naməlum şəxsin avtomobili kütlənin üzərinə sürməsi nəticəsində azı bir nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Trend-in yerli polisə istinadən verdiyi xəbərə görə, hadisə insanların məsciddən çıxarkən baş verib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Yol bağlanılıb. Faktla bağlı bir nəfər saxlanılıb.

----------

08:24

Londonun şimal-şərqində miniven tipli avtomobil piyadaları vurub. Baş verən insident zamanı bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə London polisindən bildirilib.

Məlumata görə, daha 8 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.

Londonda piyadaları vuran maşından düşən şəxs bıçaqla azı bir nəfərə xəsarət yetirib. 

"Sky News" telekanalının hadisə şahidlərinə istinadən xəbərinə görə, insident zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri polis tərəfindən yaxalanıb, daha ikisi hadisə yerindən qaçıb. İnsident Böyük Britaniya paytaxtının şimal-şərq bölgəsində yerləşən məscidin yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.
 
Xatırladaq ki, martın 22-də Londonun mərkəzində sürücü avtomobillə bir neçə piyadanı vurub, daha sonra  maşından  düşərək polis əməkdaşını bıçaqla qətlə yetirib. Qatil hadisə yerində zərərsizləşdirilib. Terror aktı nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
 
İyunun 3-də isə  "London-Bric" körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 8 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Hadisəni törədən 3 nəfər polis tərəfindən güllələnib.

-----------

07:56

Londonda furqon tipli avtomobil məsciddən çıxan insanların üzərinə sürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Yol bağlanılıb.

Bildirilir ki, hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb, bir nəfər saxlanılıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930