Qeydiyyat    Daxil ol
1 AZN = 0,54 USD
1 AZN = 0,51 EUR
1 AZN = 32,24 RUB

» » Saçlar üçün xüsusi "ağıllı" daraq hazırlandı


Saçlar üçün xüsusi "ağıllı" daraq hazırlandı

06.01.2017 23:02
admin
"L’Oreal” şirkəti Las-Veqasda keçirilən "CES 2017” sərgisi çərçivəsində dünyanın ilk "ağıllı” darağını nümayiş etdirib. 

"Hair Coach” adlanan qurğu adi kosmetik aksessuarlardan istifadəçini saçları zədələyə biləcək sərt istifadə barədə xəbərdarlıq etməsi ilə fərqlənir.

"Macdigger” resursu yazır ki, daraq "Withings” şirkəti (Nokia şirkətinin bölməsi) ilə birlikdə ərsəyə gətirilib. Qurğuya mikrofon, cərəyanötürən və giroskopun daxil olduğu bütöv sensorlar kompleksi inteqrasiya edilib. Daxil olan məlumatların qiymətləndirilməsi sayəsində mobil proqram saçların zədələnmə dərəcəsi, nəmlik, kövrəklik və qarışıqlıq kimi əsas sağlamlıq parametrlərini müəyyənləşdirə bilir.

Əldə edilən informasiya yerli hava proqnozu (rütubət, temperatur, küləyin sürəti) ilə uyğunlaşdırıldıqdan sonra onun əsasında qurğu istifadəçisinə saçların qayğısına qalmaq üçün tövsiyələr verilir.

Maraqlıdır ki, istehsalçı adi daraq dizaynını saxlamaq qərarına gələrək futuristlik əlavə etməkdən imtina edib. Bu, qeyri-standart elementlərin sadə alıcını uzaqlaşdıra bilməsi, klassik dizaynın isə "ağıllı” funksiyaların tədricən insanların həyatına tətbiqinə imkan verməsi ilə izah olunur.

Satışına bu il başlanacaq "Hair Coach” darağının pərakəndə satış qiyməti hələlik açıqlanmasa da, ekspertlər onun 200 dollardan çox olmayacağını düşünürlər.
 


Loading...
Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031