13,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,85 AZN
10 RUB = 0,3 AZN

описание


» » Azərbaycandan Gürcüstana gedən turistlərin sayı artıb


Azərbaycandan Gürcüstana gedən turistlərin sayı artıb

04.01.2017 21:58
admin

Keçən il Gürcüstana 6 350 825 xarici turistlər gəlib, bu isə 2015-ci ildəki göstəricidən 7,6 % çoxdur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Georgi Çoqovadze bu gün 2016 ildə ölkəyə gələn turistlərlə bağlı çıxışında bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycandan Gürcüstana 1 523 075 turist səfər edib. Bu da 2015-ci ildə ölkəyə səfər edən turistlərin sayından 9,3% çoxdur.

G. Çoqovadze açıqlamasında ötən il Gürcüstana gələn turistlərin sayının çox olduğunu və birinci yerdə Azərbaycanın qərar tutduğunu bildirib. O, ötən il Ermənistandan Gürcüstana 1 496 246, Türkiyədən 1 254 089, Rusiyadan 1 037 564 və Ukraynadan 172 631 nəfər turist səfər etdiyini bildirib.
 
Milli Turizm Agentliyinin rəhbəri 2016-cı ildə ilk dəfə olaraq Rusiyadan gələn turistlərin sayının 1 milyonu ötdüyünü bildirib. O, Avropa Birliyi ölkələrindən gələn turistlərin sayının da artdığını qeyd edib. G. Çoqovadze 2016-cı ilin yanvar-dekabr aylarında Latviya, Litva, Çexiya, Bolqarıstan və Almaniyadan gələn turistlərin sayının artdığını qeyd edib. O, xüsusilə, İran, Hindistan, Səudiyyə Ərəbistanı, Filippin, Oman və Çin ölkələrindən gələn turistlərin sayının 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə fərqli şəkildə artdığını vurğulayıb.
 
G. Çoqovadze Gürcüstanda turizm sahəsindən gələn gəlirlərin də artdığını bildirib. O, hökumətin təqribi hesablamalarına görə, Gürcüstanın 2016-cı ildə turizm sahəsindən 2 milyard dollardan çox gəlir əldə etdiyini vurğulayıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Март 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031