14,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,74 AZN
1 EUR = 1,88 AZN
10 RUB = 0,3 AZN

описание


» » Səfir qatilinin kompüterindən çıxan ilginc izlər


Səfir qatilinin kompüterindən çıxan ilginc izlər

03.01.2017 22:51
admin

Mövlud Mərd Altındaş oktyabr ayında internetdə kimin foto və məlumatlarını axtarıb?

Milli.Az musavat.com-a istinadən bildirir ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sui qəsdi ilə bağlı aparılan istintaqda yeni detallar ortaya çıxıb. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində qatil Mövlud Mərd Altındaşın bir evi paylaşdığı dostu, vəkil Serkan Ö. - nün kompüteri  də araşdırılıb.

Araşdırma zamanı məlum olub ki, 2016-cı ilin oktyabr ayında vəkil Serkan Ö. -nün kompüterindən bir neçə dəfə Karlovla bağlı internetdə axtarış aparılıb, fotoları, çıxışları tapılıb və bunlar incələnib. Bu isə qatilin qətllə bağlı öncədən xeyli hazırlıqlı olduğunu sübuta yetirən məqamdır. O, səfirlə bağlı ən incə detalı belə gözdən qaçırmamağa çalışıb.
 
Bundan başqa, Altındaşın hazırda həbsdə olan, Çevik Qüvvət Şöbə Müdirliyində vəzifə başında olan daha bir dostu, (o da onunla eyni evdə qalıb) polis məmuru Sercan B. isə istintaqa ifadəsində FETÖ ilə əlaqələrini rədd edib.

Amma Sercan B. - nin 17 iyul 2016-cı ildə ailə qurduğu həyat yoldaşının dayısının FETÖ-nun "evləndirmə imamı" olduğu iddia edilib. İndiyə qədər sözügedən qətllə bağlı aparılan istintaq çərçivəsində 9 nəfər həbs edilib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Март 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031