-1,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Rusiyalı jurnalist Çeçenistandan qaçıb


Rusiyalı jurnalist Çeçenistandan qaçıb

15.05.2015 11:41
admin

-

Rusiyalı jurnalisti Elena Milashina təhlükəsizliyinə görə mayın 14-də Çeçenistandan çıxıb. O, yeniyetmə bir qızın özündən qat-qat yaşlı polis zabitinə ərə verildiyi barədə yazmışdı.

Milashina-nın yazdığına görə, yerli polis başçısı Nazhud Guchigov evlidir və qızın ailəsini hədələyib ki, qızı ona verməsələr, təzyiqlə üzləşə bilərlər.

Milashina-nın işlədiyi mətbuat orqanı –  Novaya Gazeta bildirib ki, jurnalist bu evlənmə hekayəti barədə araşdırma apardığından polis tərəfindən xəbərdarlıq alıb.

Çeçenistan rəhbəri Ramzan Kadyrov polis zabitinin 17 yaşlı qıza və ailəsinə təzyiq göstərmədiyini deyib və nikahı dəstəkləyib.

“Qızın ailəsi bu izdivaca xeyir-dua verib,” o, Instagram hesabında yazıb.

Rusiya qanunvericiliyi çoxarvadlılığı, qız qaçırılması və erkən nikahları qadağan edir. Ancaq Kadyrov Çeçenistanda bütün bunlara göz yumur.

Mənbə: azadliq.org

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930