-1,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Hərənin bir rəngdə gördüyü paltarın sirri ortaya çıxdı


Hərənin bir rəngdə gördüyü paltarın sirri ortaya çıxdı

15.05.2015 11:39
admin

Ötən ay sosial şəbəkədə günlərlə müzakirə mövzusu olan paltarının sirri ortaya çıxıb.

Ölkə.Az xəbər verir ki, "Tumblr"da dərc olunandan sonra kiminin "göy-qara", kiminin "qızıl sarısı-ağ" gördüyü paltarı araşdıran elm adamları, "gözüməmi inanım, sənəmi" mübahisələrinə son qoyacaq açıqlama veriblər.

Paltarın fotosunun qəhvəyi və mavi piksellərdən ibarət olduğunu deyən elm adamları, fikir müxtəlifliyinin, daxili və xarici işığın işləmə vərdişi ilə əlaqədar olaraq, beynin işıq süzgəcindən qaynaqlandığını bildirib.

Ölkə.Az xəbər verir ki, "The Mirror"ın etdirdiyi araşdırmaya görə tədqiqatçılar həmin paltarın, rəng həssaslığı baxımından indiyədək aşkar olunan ən uğurlu nümunə olduğu fikirindədirlər.

Məsələyə dair 300-ü paltarı ilk dəfə görən 1400 nəfərlə aparılan tədqiqat insanların paltarı "göy-qara", "qızıl sarısı-ağ" və az insanın da "qəhvəyi-mavi" gördüyünü ortaya qoyur.

"Massachusetts Institute of Technology" nevroloq Bevil Konvey (Dr.Bevil Conway) cizgiləri "qızıl sarısı-ağ" kimi görənlərin gün işığını daha çox sevənlər, "göy-qara" görənlərin isə qapalı yerlərin işığına vərdiş edənlər olduğunu bildirib. "Qəhvəyi-mavi" görənlər isə həm gün işığını, həm də qapalı yeri sevənlər olduğunu qeyd edib.

Dr.Konvey həmçinin görmə fərqliliyinin yaşdan və cinsdən də asılı olduğunu qeyd edərək, yaşlı insanlar və qadınların paltarı əsasən "qızıl sarısı-ağ", gənclərin böyük qisminin isə "qəhvəyi-mavi" gördüyünü xüsusi olaraq vurğulayıb.

Məsələ ilə bağlı Almaniyadakı Bredford və Giessen universitetlərindən psixoloqlar da bir araşdırma aparıb. Buna görə isə rəng qarışığının səbəbi, parlaqlıq və üzlərinin həndəsi yeri.

"Nevada" Universitetindən Dr.Maykl Vebsterin rəhbərliyi altında aparılan üçüncü araşdırma paltar fenomenini təbii işıq varlığında gözün təkamülü ilə əlaqələndirir.

Mənbə: bizimyol.info

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930