-0,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Okeanın ortasında qalan rohinqya müsəlmanlarını heç kim qəbul etmir-VİDEO


Okeanın ortasında qalan rohinqya müsəlmanlarını heç kim qəbul etmir-VİDEO

15.05.2015 10:40
admin

FaktXəbər-in verdiyi məlumata görə, BİT-nin baş katibi  Pan Ki Mun  Asiya ölkələrinin  rohinqya  xalqının nümayəndələri olan miqrantları qəbul etməməsindən narahatlığını bildirib.

 

Xatırladaq ki, Banqladeş və Myanmardan olan 500-ə yaxın  miqrantların olduğu gəmi Taylandın sahil sularında dreyf halındadır. Onları nə İndoneziya, nə də Malaziya qəbul etmir.

 

Malaziya  içərisində miqrantlar olan gəminin ərazisinə girməyə icazə verməyib. Hökumət iddia edir ki, onlara ərzaq, su və yanacaq verdikdən sonra içərisində 500-ə yaxın rohin müsəlmanı və banqladeşli miqrant olan gəmi geri qaytarılıb.

 

Sonradan məlum olub ki, gəmi kapitanı və heyət üzvləri okeanın ortasında qayığa minərək gəmini tərk ediblər.

 

 

Xoşbəxtlikdən gəmidə bir nəfərdə cib telefonu olur. O, "Arakan Project" adlı qeyri-hökumət təşkilatının direktoru Kris Leva ilə telefon vasitəsiylə əlaqə saxlayaraq kömək istəyib. Onun sözlərinə görə, gəmidə miqrantlardan 50-si qadın və 84-ü uşaqdır: «Üç gündür ac və susuzuq. Gəminin tam olaraq harada olduğunu bilmirik. Dənizə atılmışıq».

 

Gəmi kapitanı və heyətlərinin tailandlı olduğu bildirilir.

 

Levanın bildirdiyinə görə, Rohinqya nüsəlmanları, gəmidən qurunu və bir çox gəmini gördüklərini, kömək üçün siqnal göndərdiklərini, amma heç bir gəminin köməyə gəlmədiyini söyləmişdi.

 

Beynəlxalq Miqrasiya agentliyi  Taylandın qaçqınlarla dolu olan bir gəmini qəbul etməyə hazır olduğunu bildirib. Lakin Bankok hələ ki, bu informasiyanı təsdiq etməyib. Miqrantlar özləri isə Taylandda həbs olunmalarından qorxurlar.

Mənbə: faktxeber.com

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031