9,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Polşa və Baltikyanı ölkələr NATO qoşunlarını Rusiya sərhədinə gətirir


Polşa və Baltikyanı ölkələr NATO qoşunlarını Rusiya sərhədinə gətirir

15.05.2015 08:34
admin

Polşa və Baltikyanı ölkələr onların ərazisində NATO-nun daimi kontingentinin yerləşdirilməsi təklifi ilə çıxış edəcək.

 

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Litva ordusundakı mənbəyə istinadən bildirib.

 

Litva ordusunun rəsmi nümayəndəsi Mindauqasa Neymontasın sözlərinə görə, Latviya, Litva və Estoniyanın müdafiə nazirləri Baltikyanı ərazidə NATO-nun bir briqadasının (NATO-da bir briqadanın tərkibi təxminən beş min hərbi qulluqçudan təşkil olunur) yerləşdirilməsini sifariş etməyə hazırlaşır. O, qeyd edib ki, bu qərar təhlükəsizlik sahəsindəki vəziyyətlə bağlıdır. Amma Neymontas məhz hansı təhlükədən söhbət getdiyini dəqiqləşdirməyib.

 

Britaniyanın “The Times” nəşri mayın 13-də yazıb ki, Baltikyanı ölkələr regionda NATO qoşunlarının yerləşdirilməsi xahişi ilə ittifaqdakı müttəfiqlərinə göndərəcəyi məktubun ilkin variantını Böyük Britaniyaya göndərib.

 

“Reuters”in əldə etdiyi bir başqa sənədə görə Polşa NATO-nun 2016-cı ildə keçiriləcək sammitində ittifaqın hərbi bazaları və ağır texnikasının regionda daimi yerləşdirilməsi barədə xahiş etməyə hazırlaşır. Amma Polşanın Təhlükəsizlik üzrə Milli Bürosunun rəhbəri, general Stanislav Kozeyanın sözlərinə görə, Rusiya Minsk razılaşmalarına riayət edəcəyi halda Varşavanın mövqeyi dəyişə bilər.

 

Bundan başqa, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, hərbi alyans İŞİD-in artan təhlükəsinə baxmayaraq, Rusiya ilə əməkdaşlığı bərpa etməyə  hazırlaşmır. Bununla belə, o, siyasi dialoq üçün pəncərənin açıq olduğunu xatırladıb.

 

Ömər Dağlı

Mənbə: publika.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031