10,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Ölkəni qaranlığa qərq edən Mingəçevirdəki partlayışın görüntüsü -VİDEO


Ölkəni qaranlığa qərq edən Mingəçevirdəki partlayışın görüntüsü -VİDEO

03.07.2018 12:25
admin

Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayış sonradan güclü yanğınla müşahidə olunub.

Milli.Az APA.TV-yə istinadən xəbər verir ki, nəticədə payatxtda və ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

Yanğının qarşısının alınması üçün əraziyə FHN-in Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri cəlb olunub. Son məlumata əsasən, Mingəçevirdə İES-də yanğın tam söndürülüb.

Partlayışın 6-cı blokda baş verdiyi deyilir. Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş verib. Hadisənin baş verməsinə səbəb kimi hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi göstərilir.

Azərenerji ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı APA TV-yə bildirib ki, hazırda ölkənin qərb bölgəsinə və Mingəçevir şəhərinə elektrik enerjisinin verilişi bərpa olunub:

"Paytaxta da elektrik enerjisinin verilişinin təmin olunması üçün işlər görülür. Ümumilikdə yaxın saatlarda ölkə üzrə tam təmin olunması nəzərdə tutulub".

Onun sözlərinə görə, bu, texniki prosesdir. Sistemdə çökmə olduğu üçün bu texniki proses bir müddət sürəcək:

"Ancaq stansiyaların olması ilə əlaqədar əsas strateji əhəmiyyat daşıdığı üçün birinci növbədə Mingəçevir şəhəri və qərb rayonlarına öz yerli resurslarımız hesabına elektrik enerjisi verilib. Gürcüstan və Rusiya ilə paralel mübadilə üzərində də işləyirik".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ölkəni qaranlığa qərq edən Mingəçevirdəki partlayışın görüntüsü

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *