12,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » İcra başçısı: "Elektrik enerjisində fasilə Sərsəng su anbarının fəaliyyətinə problem yaratmayıb"


İcra başçısı: "Elektrik enerjisində fasilə Sərsəng su anbarının fəaliyyətinə problem yaratmayıb"

03.07.2018 13:20
admin

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma Tərtər rayonu ərazisindəki Sərsəng Su Anbarının fəaliyyətinə ciddi təsir etməyib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı bildirib ki, rayon ərazisində elektrik enerjisinin verilməsi təmin olunmasa da, rayonun su təchizatında problem yaşanmayıb: "Hələ ki, elektrik enerjisinin verilməsi ilə əlaqədar tədbirlər davam etdirilir. Xəstəxana, hüquq-mühafizə orqanlarıvə digər qurumların fəaliyyət göstərdikləri binalarda elektrik generatorları var və həmin generatorlar binaları elektrik enerjisi ilə təmin edir. Sərsəng Su Anbarında da hələlik ehtiyat suyumuz var. Ona görə də, su təchizatında bu gün problem olmayacaq. Yəqin ki, bu gün elektrik enerjisinin verilişi bərpa ediləcək".

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *