12,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Hadı Rəcəbli: "Azərbaycanda əhalinin təbii artımı 100 minə yaxın iş yerinin yaradılmasını tələb edir"


Hadı Rəcəbli: "Azərbaycanda əhalinin təbii artımı 100 minə yaxın iş yerinin yaradılmasını tələb edir"

03.07.2018 13:37
admin

Azərbaycanda əhalinin təbii artımı təxminən 1,2 faizdir. Bu da məntiqi olaraq, təxminən 100 minə yaxın iş yerinin yaradılmasını tələb edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə keçirilən 4-cü təlim kursunun açılışında deyib.

Onun sözlərinə görə, son 15 ildə ölkədə məşğulluq problemi önə çəkilib.

H.Rəcəbli əlavə edib ki, məşğulluq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi ölkə Prezidentinin diqqət mərkəzindədir: "Biz yalnız hüquqi bazanın təkmilləşdirilməsi sahəsində iş aparmırıq. İcra strukturlarında daha gənc, enerjili kadrların irəli çəkilməsi qarşıya qoyulan vəzifədir".

Komitə sədri əlavə edib ki, "İşsizlikdən sığorta haqqında" qanunun qəbulu çox vacib idi: "Bu qanun qəbul edildikdən sonra işsizlikdən sığorta ilə bağlı büdcəni təsdiq etdik. Büdcə 89 milyon manat müəyyənləşdirildi. Bunun da 35 milyon manatını özünü məşğulluğa yönəltmək nəzərdə tutuldu".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *