-1,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Enerji fasiləsi ilə bağlı Gəncədə Alüminium Kompleksinin fəaliyyətində baş vermiş nasazlıq aradan qaldırılıb


Enerji fasiləsi ilə bağlı Gəncədə Alüminium Kompleksinin fəaliyyətində baş vermiş nasazlıq aradan qaldırılıb

03.07.2018 13:57
admin

Enerji verilməsində yaranmış fasilə ilə əlaqədar Gəncə Det-Al Alüminium Kompleksinin fəaliyyətində baş vermiş problemlər, elektroliz vannalarının açılması halları operativ görülmüş tədbirlər nəticəsində aradan qaldırılıb.

Milli.Az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, hazırda Alüminium Kompleksi öz normal fəaliyyətini bərpa edib.

Alüminium Kompleksi enerji tutumlu olmaqla, fasiləsiz fəaliyyət göstərən, qeyri-neft ixracatında önəmli yer tutan, 1100-dən çox əmək kollektivi olan sənaye müəssisəsidir.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *