-2,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,25 AZN

описание


» » Elektrik enerjisinin kəsilməsindən sonra hərbi hissələrdəki vəziyyətlə bağlı


Elektrik enerjisinin kəsilməsindən sonra hərbi hissələrdəki vəziyyətlə bağlı

03.07.2018 13:58
admin

Hərbi infrastukturun tam şəkildə fəaliyyətinin təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin bütün hərbi hissələri, hərbi tibb müəssisələri, maddi-texniki təminat, rabitə, kəşfiyyat bölmələri, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər hərbi obyektləri xüsusi rejimdə fəaliyyət göstərən ehtiyat enerji mənbələri ilə təchiz edilib. Elektrik enerjisi olmadıqda həmin enerji mənbələri avtomatik rejimdə işə düşür.

Milli.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyindən iyulun 3-də Azərbaycanda elektrik enerjisinin verilməsinin müvəqqəti dayandırılması ilə əlaqədar hərbi hissələrdə hər hansı bir problemin olub-olmaması barədə suala cavab olaraq bildirilib.

Nazirlik bəyan edir ki, dünən gecədən elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılan kimi bu enerji mənbələri avtomatik işə düşüb və hazırda Ordumuzun heç bir hərbi hissəsi, xüsusilə də ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur: "Hərbi hissələrdə xidməti-döyüş fəaliyyəti fasiləsiz rejimdə davam etdirilir. Ehtiyac olduğu halda mühüm mülki infrastruktur obyektlərinin (xəstəxanalar, uşaq bağçaları, doğum evləri və s.) də həyat fəaliyyətinin təmin edilməsi üçün tələb olunan enerji ilə təchiz edilməsinə köməklik göstərməyə hazırıq".

Zabit Əsgərov
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *