10,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Bakıda “Lumegrand Interiors” şourum-konsept stor açılıb - FOTO


Bakıda “Lumegrand Interiors” şourum-konsept stor açılıb - FOTO

03.07.2018 11:00
admin

Bakı şəhərində "Lumegrand Interiors" şourum-konsept stor açılıb.

2006-ci ildə fəaliyyətə başlayan LUMEGRAND şirkətinin (Ak. Həsən Əliyev 3C, Telefon: (+99412) 377-05-05, Mobil: (+99455) 226-90-01) paytaxtda 4 pərakəndə işıqlandırma satış mağazası var.

"Lumegrand Interiors" mağazası 4 mərtəbədən ibarətdir. Burada müştərilərə ev üçün çilçıraqlarla yanaşı, dekor aksessuarları, mebel dəstləri, divar kağızları, xalça, pərdə kimi ev üçün lazımlı əşyalar təqdim olunur. Mağazada satışa çıxarılan məhsulların əksəriyyəti Avropa ölkələrindən gətirilir. Belə ki, mebellər qabaqcıl İtaliya fabriklərinin məhsullarıdır.

İşıqlandırma sistemləri İtaliya, İspaniya, Avstriya, xalçalar isə Türkiyə və Hindistanda istehsal olunur. Hindistandan əl işi xalçalarından başqa, əl toxuması olan dekorativ balış üzləri, pledlər və puflar da idxal olunur. Burada yumşaq mebellərdən olan "Calia Italia", "Gamma Arredamenti", "Prianera" fabriklərinin məhsulları ilə yanaşı, müştərilərə, həmçinin klassik və art-deko üslubunda olan "Morello Gianpaolo", "Dall'Agnese", "Ferretti e Ferretti" "Fasolin" və loft üslubunda "Dialma Brown" markalarının məhsulları da təqdim edilir.

Şirkətin təsisçisi və baş direktoru Tural Əhmədov bildirib ki, "Lumegrand Interiors" mağazasını rəqiblərindən fərqləndirəcək əsas xüsusiyyəti yüksək keyfiyyətli və dəbli Avropa məhsullarını müştərilərə münasib qiymətə təqdim edilməsi olacaq:

"Adətən, belə stereotip vardır ki, əgər hər hansı məhsul Avropada istehsal olunubsa, onun qiyməti baha olmalıdır. Lakin biz Avropa məhsullarını əlçatan etmək üçün daha çox orta seqmentli fabriklərlə əməkdaşlığa başlamağı qərar verdik. Məsələn, rəsmi distribütoru olduğumuz San-Marinonun "Colombini Casa" fabriki böyük həcmli və avtomatlaşmış istehsal prosesi sayəsində münasib qiymət strategiyası ilə bərabər, İtalyan dizaynını və keyfiyyətini özündə saxlayıb.

Bu fabrik mətbəx mebelindən tutmuş ofis mebelinə kimi, həmçinin yataq otağı, qonaq otağı dəstləri, yumşaq mebel və qarderob kimi çoxçeşidli məhsullar istehsal edir. Şirkətin xüsusi proqram təminatı sayəsində müştərilər üçün individual dizayn xidməti təşkil olunur. Yeri gəlmişkən, onu da deyim ki, fabrik, həmçinin bu ilin 28 iyul tarixinə kimi startap promo aksiyası təşkil edərək hər 3 min avro dəyərində mal alana 1000 avroluq pulsuz vauçer təqdim edir və bu vauçeri həmin ödənişdə istifadə etmək imkanı yaradır.

Başqa sözlə, yalnız bu fabrikin məhsullarını, təxminən, bir ay ərzində 33%-ə qədər endirimlə almaq mümkündür. Bundan başqa, dekor aksessuarlarının böyük çeşidini, son illər dəbə qayıtmış cəsarətli loft üslubunu və Azərbaycan bazarında ilk dəfə olaraq Hindistandan əl işi olan tekstil məhsullarını təqdim etməklə fərqlənməyə çalışmışıq".

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *