-3,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Son durum açıqlandı: "Bakının 100, regionların 80 faizində elektrik enerjisi bərpa olunub"


Son durum açıqlandı: "Bakının 100, regionların 80 faizində elektrik enerjisi bərpa olunub"

03.07.2018 11:34
admin

Bu dəqiqəyə olan məlumata görə ölkənin elektroenergetika strukturlarının gərgin əməyi sayəsində respublika və paytaxt Bakının böyük hissəsi elektrik enerjisi ilə təchiz olunub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, artıq Bakının 100 faizinə, regionların isə ümumilikdə 80 faizinə elektrik enerjisi verilib: "Bakı Metropoliteni, xəstəxanalar, hərbi hissələr, su kanalizasiya və başqa dövlət əhəmiyyətli obyektlər tam şəkildə elektrik şəbəkəsinə qoşulub. İstehsalçı "Azərenerji" ASC tərəfindən elektrik enerjisi ötürüldükcə, paylayıcı "Azərişıq" ASC abonentləri işıqla təmin edəcək. İstehlakçıların keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində zəruri bütün addımlar atılır və ən qısa vaxtda 100 faiz problem aradan qaldırılacaq".

Xatırladaq ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *