10,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Günün sonuna kimi Bakının su təminatı tam bərpa olunacaq - "Azərsu"


Günün sonuna kimi Bakının su təminatı tam bərpa olunacaq - "Azərsu"

03.07.2018 11:38
admin

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma nəticəsində ölkənin su təchizatında yaranmış fasilələr aradan qaldırılmaqdadır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.

A.Cəbrayıllı qeyd edib ki, elektrik enerjisinin verilməsinin dayandırılması suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaradıb: "Hal-hazırda bu istiqamətdə bərpa işləri aparılır. Artıq Ceyranbatan su anbarında təmizləyici qurğularda rejim tam bərpa olunub və anbarda bütün qurğular tam gücü ilə işləyir. Kür təmizləyici qurğuların 75-80 faizi, Şollar su xətti də tam gücü ilə işləyir. Oğuz-Qəbələ-Bakı su kəməri isə hələ ki qoşulmayıb. Hazırda həmin xəttin qoşulmasına hazırlıq işləri gedir".

A.Cəbrayıllı bildirib ki, Bakı şəhərində bütün nasosxanalara elektrik enerjisinin verilməsi bərpa olunub: "Anbarlardakı suyun əhaliyə paylanmasına başlanılıb. Günün sonuna qədər Bakının hər yerində suyun verilişi tam bərpa olunacaq".

İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *