Həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib -

02:32
İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıb.
Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir.
****
02:18
Azərbaycanda elektrik enerjisinin verilişi tam olaraq yaxın saatlarda bərpa olunacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.
Y.Babayev bildirib: "Hal-hazırda bir neçə qərb rayonlarında elektrik enerjisinin verilməsi bərpa olunub". Onun sözlərinə görə, elektrik enerjisinin verilməsi həmçinin Bakının bəzi rayonlarında da bərpa olunub.
Mətbuat xidmətinin rəisi qeyd edib ki, elektrik enerjisinin bərpa olunması mərhələli şəkildə aparılır: "İlk növbədə elektrik enerjisi strateji cəhətdən mühüm obyektlər və müəssisələrə verilir".
Hadisənin səbəbinə gəlincə isə, Y.Babanlı deyib ki, Mingəçevir elektrik stansiyasında yanğın baş verib: "Yanğının səbəbi son günlərdə müşahidə olunan anomal istilər olub. Bu səbəbdən enerji bloklarının soyutma sistemlərində artıq yüklənmə baş verib".
****
00:58
Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında qəza baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki,ehtimala görə, İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb.
"Azərişiq" ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hadisənin səbəbləri araşdırılır.Bunu "Report"a "Azərişıq"ın mətbat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təsdiq edib.
Tezliklə ətraflı məlumat veriləcək.
Milli.Az
Mənbə: milli.az
-
CALVIN KLEIN Eternity Aqua L
55 AZN
-
Marc Jacobs Bang edt M
67 AZN
-
Narciso Rodriguez Amber Musc edp 100ml
240 AZN
-
Giorgio Armani 2310
45 AZN
-
Jesus Del Pozo Arabian Nights edp 100ml M
174 AZN
-
Jennifer Lopez Live platinum edp 50ml
71 AZN
-
Giorgio Armani AR-1413 BLACK GOLD ceramica
125 AZN
-
Rasasi Romance edp 45ml
29 AZN
-
Michael Kors MK-A577
37 AZN
-
Intex 67732 (191x99x48 )
141 AZN









« Февраль 2019 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 |