21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Ölkədə 1726 müəllim iş yerini dəyişir -


Ölkədə 1726 müəllim iş yerini dəyişir -

14.06.2018 19:08
admin

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başa çatıb.

Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, 4-11 iyun tarixlərində keçirilən elektron sənəd qəbulu prosesi bitdikdən sonra müraciətlər araşdırılıb, 5865 namizədin ərizəsi qəbul edilib. Yerləşdirmə zamanı namizədlərin diaqnostik qiymətləndirilmə və müəllimlərin işə qəbulu üzrə imtahan nəticələri əsas tutulmaqla yanaşı, iş yerini dəyişdirmək üçün qeyd etdikləri səbəblər və sosial amillər nəzərə alınıb.

Yerləşdirmənin nəticələrinə əsasən, 1726 nəfər namizədin iş yerini dəyişməsinə razıllıq verilib. Nəticələr hər bi müəllimin şəxsi səhifəsində yerləşdirilib.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsindən uğurla keçən namizədlərdən yerdəyişməni təsdiq etmələri məqsədilə müvafiq sənədləri cari ilin 27-28 iyun tarixlərində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə gətirmələri tələb olunur.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *