18,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda uğurla iştirak edib


Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda uğurla iştirak edib

14.06.2018 20:20
admin

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov "Vidlunya" Beynəlxalq Monodram Festivalının təşkilat komitəsinin dəvəti ilə iyun ayının 5-dən 16-dək Ukrayna Respublikasının Xmelnitski və Çerniqov şəhərlərində keçirilən "Vidlunya" adlı XX Beynəlxalq Monodram Teatr Festivalında P. Züskindin "Kontrabas" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Ukraynanın "Kut Mono" teatrında keçirilən festivalda Azərbaycanlı aktyor festivalın "Ən yaxşı səhnə həlli və aktyor oyunu" nominasıyasında diploma layiq görülüb.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, səfər təəssüratlarını bölüşən Əməkdar artist bildirib ki, festivalda Qırğızıstan, Kosova, Ukrayna, Moldova, Polşa, İzrail kimi ölkələr iştirak edib. Festival çərçivəsində hər gün iki tamaşa nümayiş olunub və tamaşalardan sonra görkəmli teatr xadimlərindən ibarət heyət hər bir tamaşanın müzakirəsini və təhlilini aparırdı. Festivalda yerlər olmadığı üçün sadəcə nominasiyalar üzrə diplomlar təqdim edilirdi. Ukraynanın telekanallarında festival haqqında geniş reportajlar verilib və bu reportajlarda Azərbayc haqqında sujetlər hazırlanıb. Bu süjetlərdə müsahibə zamanı Əməkdar artist Şövqi Hüseynov Azərbaycan mədəniyyəti və Azərbaycan teatrı haqqında məlumatları diqqətə çatdırıb. Festival çərçivəsində aktyor həmçinin yeni festivallara dəvət də alıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *