21,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Balakəndə leysan: körpülər uçdu, mənzilləri su basdı - VİDEO


Balakəndə leysan: körpülər uçdu, mənzilləri su basdı - VİDEO

12.06.2018 22:21
admin

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Güclü yağışlardan sonra yaranan sel nəticəsində Balakəndə Dəliçay daşıb. 50-dən çox evə su dolub. Dəliçayın keçdiyi ərazidəki daxili kənd yolları yararsız hala düşüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, körpülər uçub,məzillərisu basıb. Dağlara yağan leysan yağışlar nəticəsində Balakənin Katex kəndi ərazisindən keçən,Dəliçay çayı məcrasından çıxıb.

Çayın hər iki sahilindəki 400-ə yaxın evin həyətyanı sahəsini su basıb, 50-dən çox evə su dolub. Ev quşlarını və xırdabuynuzlu heyvanları sel aparıb,10-dan çox həyətyanı sahənin hasarını sel dağıdıb.

Kənd sakinlərinə məxsus 10 hektar tütün, 140 hektar buğda, arpa və qarğıdalı sahələri olmaqla ümumilikdə 150 hektar ərazi sel suları altında qalıb.Dəliçay üzərindəki 8 kiçik körpü də uçub, ərazidən keçən içməli su, elektrik və qaz xəttlərinə ziyan dəyib.

Dəliçayın keçdiyi ərazidəki daxili kənd yolları yararsız hala düşüb.Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Katex kəndi ərazisindən keçən hissəsini sel suları dağıdıb.Bərpa və təmizlik işləri üçün ərazilərə texnikalar va canlı qüvvə cəlb olunub.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *