21,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Yaylağa gedən sürüdən 59 qoyunu oğurladılar - VİDEO


Yaylağa gedən sürüdən 59 qoyunu oğurladılar - VİDEO

11.06.2018 23:48
admin

Yaylağa gedən sürünü hədəfə alan oğrular gecə saatlarında sürüdən xeyli qoyun aparıblar. Milli.Az bildirir ki, hadisə Cəlilabadda olub. Biləsuvar rayonundan Lerik rayonundakı yaylaq sahəsinə aparılan qoyun sürüsünü çobanlargecələmək məqsədi ilə Cəlilabad rayonunun Uzuntəpə kəndində bir müddətliyə saxlaması onlara baha başa gəlib. Havanın qaranlıq olmasından istifadə edən Uzuntəpəkənd sakinləri Ruhid Paşayev, Murad Abdullayev, Sarəddin Həsənov və Taleh Fərzəliyev qabaqcadan əlbir olaraq sürüdən 59 baş xırdabuynuzlu heyvan oğurlayıblar. Lakin çox keçmədən polis onların əməllərinin üstünü açıb.

Dəstə üzvləri oğurluq qoyunlarıkənddə heyvan alverçisinə öz heyvanları adı altında satıblar. Bunun müqabilində əldə etdikləri pulu isə öz aralarında bölüblər. Satılmış xırdabuynuzlu heyvanlar geri qaytarılaraq təsərrüfat sahibinə verilib. Fakta bağlı cinayət işi başlanıb istintaq davam edir.

Bakıda isə marketdən oğurluq edən şəxs tutulub. Hadisə Xətai rayonunda baş verib. Obyektə daxil olan naməlum şəxs oradan içərisində 3600 manat olankassa aparatını oğurlayıb. Polis əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini İkram Quluzadəni saxlayıb. İkram Quluzadə istintaqla araşdırılan bir tanışı ilə gecə saatlarında bundan başqa daha 3 marketdən oğurluq və oğurluğa cəhd etdiyini etiraf edib.

İndi polis bu cinayətdə iştrak edən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri keçirir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yaylağa gedən sürüdən 59 qoyunu oğurladılar

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *