21,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » XƏBƏRDARLIQ: Bəzi çaylarda yenidən...


XƏBƏRDARLIQ: Bəzi çaylarda yenidən...

11.06.2018 21:36
admin

Yaxın günlər ərzində proqnozlaşdırılan leysan yağışlarla əlaqədar yenidən ölkənin bəzi çaylarında daşqın olacağı gözlənilir.

Milli.Az bildirir ki, bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyevin sözlərinə görə, bu gün də daxil olmaqla, iyunun 13-dək gözlənilən yağışlarla əlaqədar Böyük və Kiçik Qafqazda çaylardan qısamüddətli daşqınların keçəcəyi gözlənilir.

Baş hidroloq qeyd edib ki, daşqınlar, əsasən, iyunun 12-də gün ərzində, iyunun 13-də gecə və səhər olacaq.

A.Verdiyev bildirib ki, hazırda ölkənin çaylarında, o cümlədən Kürdə sabit sululuq müşahidə edilir. Yaxın günlər ərzində Kürdə də suyun səviyyəsinin nisbətən artacağı gözlənilsə də, bu həmin çay üçün təhlülkə yaradan hal olmayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, rayonlarda iyunun 12-də və iyunun 13-ü gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *