18,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Tovuzda leysan - evlər, maşınlar su altında qaldı - VİDEO


Tovuzda leysan - evlər, maşınlar su altında qaldı - VİDEO

10.06.2018 22:02
admin

Səhər saatlarında Tovuz rayonuna yağan leysan yağışları fəsadlar törədib. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobilkeçiddə qalıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, fəsadlar aradan qaldırılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, güclü yağış fəsadlar törədib. Evlərə su dolub, taxıl sahələri ziyan görüb.

Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb. Nəticədə kənd təsərrüfatına, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.

Rayon mərkəzinə elektrik enerjisi verilişi dayanıb. Güclü leysan yağışları nəticəsində Mirzə Ələkbər Sabir və Həzi Aslanov küçələrində yerləşən 6 evin həyətinə və zirzəmisinə yağış suları dolub.

Leysan yağışından sonra həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobilkeçiddə qalıb.

Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür. Rayon icra hakimiyyətindən verilən məlumata görə evlərdən sular nasoslar vasitəsi ilə çəkilib. Yeraltı yol ötürücüsündə qalan vətəndaşa məxsus avtomobil isəoradan çıxarılıb. Avtomobillər alternativ yollardan istifadə edir. Fasilə yaranan elektrik verilişi bərpa edilib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *