18,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Bakının bu çimərliyi təmizlənir - VİDEO


Bakının bu çimərliyi təmizlənir - VİDEO

10.06.2018 22:04
admin

Çimərlik mövsümünün başlaması ərəfəsində İDEA İctimai Birliyi və Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti birgə aksiya keçirib. Aksiyanın məqsədi çimərlik ərazilərindəki məişət tullantılarını təmizləməkdir. 300-dən artıq gəncin iştirak etdiyi tədbirdə 5 tona yaxın tullantı toplanıb

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sanitar ləvazimatlarla təchiz olunan gənclər dəniz sahilindəki məişət tullantılarını toplayırlar.

Əraziyə cəlb olunan xüsusi texnika isə toplanan zibilləri bir mərkəzə daşıyır. Görüntülər IDEA İctimai Birliyi və "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin birgə təşkil etdiyi növbəti təmizlik aksiyasındandır. Bu dəfə yüzlərlə gənc məişət tullantıları ilə dolub-daşan bu Buzovna çimərliyini təmizləyiblər. Aksiyada həmçinin Gənclər Fondu və BMT-nin Azərbaycan Nümayəndəliyinin əməkdaşları da iştirak edib.

Aksiya iştirakçıları çimərlikdən 5 tona yaxın tullantı toplayıblar. Gənclər həmçinin çimərlikləri zibilləyənlərəöz tövsiyyələrini veriblər

Aksiya zamanı toplanan tullantılar Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna aparılıb.

Tullantıların toplanmasının ardından gənclər təmizlənmiş ərazidə birgə idman oyunları oynayıblar.

"Sahillər təmiz qalsın" şüarı altındakeçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca 9-cu tədbirdir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *