18,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Qeyri adi oğurluqlar: Yaşadığı evdən, sevgilisindən və yarımtikilidən - VİDEO


Qeyri adi oğurluqlar: Yaşadığı evdən, sevgilisindən və yarımtikilidən - VİDEO

10.06.2018 22:07
admin

Abşeron rayon polis idarəsinin əməkdaşları oğurluq etməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb. Onlardan biri sevdiyi qızın evindən, digəri öz evindən, üçüncü şəxs isə yeni tikilən və tikilməkdə olan evlərdən oğurluq etməkdə şübhəli bilinərək tutulublar.

Sevdiyi qızla telefonda mübahisə edən oğlan,onların evini qarət edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Abşeron rayon Xırdalan şəhərində baş verib. Zərərçəkmiş polisə məlumat verib ki, qapı və pəncərə qırılmadan onların evinə girən naməlum şəxs ordan külli miqdarda pul oğurlayıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi Tərtər rayon sakini 23 yaşlı Nəcməddin Əlizadəni saxlayıb. Dindirmə zamanı Nəcməddin həmin evdən oğuluq etdiyini etiraf edib.

Polis Nəcməddin Əlizadəni saxlayarkən evdən oğurladığı pullar ondan maddi sübut kimi aşkar edilib. Nəcməddin ifadəsində onu da bildirib ki, hadisə günü sevdiyi xanımla telefonda mübahisə edib.Daha sonra bu yolla o, qızdan heyif çıxmaq qərarına gəlib.

Digər bir əməliyyat zamanı isə polisi bilərəkdən aldatmaq istəyən şəxs saxlanılıb. Abşeron rayon polis idarəsinə məlumat daxil olub ki, Masazır qəsəbsində evdən oğurluq olub. Əməliyyatçılar çox çəkməyib ki, elə ev sahibi Oleq Larkovu saxlayıb. Məlum olub ki, uşaq evində böyüyən Oleq 18 yaşı tamam olduqdan sonra Dövlət tərəfindən verilən mənzildə 3 ilidr ki, yaşayıb.

Abşeron polisi bundan başqa Qobu qəsəbəsində yeni tikilən evlərdən oğurluq edən Göyçay rayon sakini 27 yaşlı Neman Qasımovu da tutub. O, yeni tikilən evdən su çəni, yarımtiklilərdən isə inşaat materiallları oğurlamaqda şübhəli bilinir. Dediyinə görə oğuradığı malları icarəyə götürdüyü''Qazel'' markalı avtomobillə aparıb.

Hər üç faktla əlaqədar cinayət işi başalnıb, istintaq gedir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *