18,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Xəzərdə balıqlar niyə tələf olur? -


Xəzərdə balıqlar niyə tələf olur? -

10.06.2018 22:12
admin

Görüntülər dünən Xaçmazın Seyidli kəndində Xəzər dənizinin sahilində çəkilib. Çoxlu sayda xırda balığın tələf olduğu açıq aydın görünür. Artıq məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də qarışıb

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, suyun içərisində xeyli sayda tələf olmuş kiçik balıqlar var. Sahildə qumun üzərində də eyni mənzərədir. Görüntülər Xəzər dənizinin Xaçmaz rayonunun Seyidli kəndindəki sahilində lentə alınıb. Bu balıqlarötən gün mobil telefonla çəkilərək "XəzərXəbər"in vatsap nömrəsinə göndərilib.

Məsələ ilə bağlı ekoloq Telman Zeynalovun sözlərinə görə balıqların tələf olmasına səbəb dənizə çirkab suların axıdılmasıdır. Ekoloqun sözlərinə görə sözügedən zonada kənd təsərrüfatı ilə məşğul olan fermer təsərrüfatlarında istifadə edilən kimyəvi maddələrin dənizə axıdılması halları mövcuddur.

Məlumata görə görüntülərin çəkildiyi ərazidə restoran və kafelər fəaliyyət göstərir. Ehtimallara görə həmin iaşə obyektlərindən axıdılan çirkab sular də dənizə axır

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə isə məsələ araşdırılacaq və ictimaiyyətə ətraflı məlumat veriləcək.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *