32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Bakının mərkəzində yeni yol keçidləri təşkil olunacaq - VİDEO


Bakının mərkəzində yeni yol keçidləri təşkil olunacaq - VİDEO

09.06.2018 20:07
admin

Bakının Yusif Səfərov küçəsində yeni yol keçidləri təşkil olunacaq. Bu keçidlər Bakının Şərq və Qərb hissələrini birbaşa nəqliyyat dəhlizi ilə birləşdirəcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyi Yusif Səfərov küçəsində nəqliyyat axınının düzgün idarə edilməsi ilə bağlı yeni layihə hazırlayıb.

Agentlikdən "Xəzər Xəbər"ə verilən məlumata görə, aparılan araşdırmalar onu göstərib ki, Yusif Səfərov küçəsində aparılan təmir və yenidənqurma işlərinə baxmayaraq, hələ də bu yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Yeni layihənin icrası isə Bakı şəhərinin Şərq və Qərb bölgələri arasındakı avtomatik kommunikasiyanı əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
Sürücələr isə ediləcək dəyişikliyi birmənalı qarşılamırlar. Bəziləri yol keçidlərinin effektiv olacağı qənaətindədirlərsə, bəzliləri də bunun əksini düşünürlər.

"Yolların optimallaşdırılması layihəsi"ndə Yusif Səfərov küçəsinə yaxın ərazilərin gələcək inkişaf planları da nəzərə alınıb.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib ki, təklif edilən həll yollarının əsas özəlliklərindən biri də onların minimum xərclər hesabına başa gəlməsidir. Layihənin icrasına isə yay aylarında başlanılacaq.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *