32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » “PAŞA Sığorta”dan dünyanı əhatə edən yenilik -


“PAŞA Sığorta”dan dünyanı əhatə edən yenilik -

08.06.2018 20:37
admin

"PAŞA Sığorta" ASC Azərbaycanda ilk dəfə B"eynəlxalq Tibbi Sığorta" məhsulu təqdim edir.

Milli.Az xəbər verir ki, "PAŞA Sığorta" Azərbaycan sığorta bazarı üçün yenilik olan və maksimum dərəcədə geniş sığorta təminatı verən beynəlxalq tibbi sığorta məhsulunu təqdim edir. Bununla əlaqədar bu gün 200 nəfər qonaq və media nümayəndəsi üçün təqdimat mərasimi keçirilib.

Tədbirdə "PAŞA Sığorta" ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Nuranə Teymurova, şirkətin bu məhsul üzrə əməkdaşlıq etdiyi xarici tərəfdaşları - "Crossborder Health Partners" və "Global Benefits Group" şirkətlərinin nümayəndələri, "Acıbadem" xəstəxanalar şəbəkəsinin ümumi cərrahiyə üzrə dosenti Dr. Tamer Karşıdağ və həkim-psixiatr Həlimə Qəmərlinskaya çıxış ediblər. 

Daim müştəri istəklərini fəaliyyətinin əsas meyarı tutan "PAŞA Sığorta" xarici ölkələrin xəstəxanalarında keçərli "Beynəlxalq Tibbi Sığorta" məhsulunu 2 növdə təklif edir - "Sərhədsiz Səhhət" və "Tibbi Sığorta: Acıbadem". Bu məhsulların bazara təqdim olunma ideyası da məhz müştərilərdən daxil olan çoxsaylı sorğulara əsasən yaranıb. Hər bir sığorta məhsulu iki paketdən ibarətdir.

Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Nuranə Teymurova qeyd edib ki, "Sərhədsiz Səhhət" paketləri bütün dünya üzrə ərazilərə bölünür. Onun sözlərinə görə, "Sərhədsiz Səhhət"  - dünyanın dörd bir yanında keçərli beynəlxalq tibbi sığorta məhsuludur və hər bir ərazi bölgüsü daxilində "Advantage" və "Advantage Plus" tibbi sığorta paketlərini seçmək imkanı verir. 1-сi ərazi - bütün dünyanı; 2-ci ərazi - Şimali Amerika istisna olmaqla, bütün dünyanı; 3-cü ərazi Şimali Amerika, Çin, Böyük Britaniya, Honq Konq, Sinqapur və  İsveçrə istisna olmaqla, bütün dünyanı; 4-cü ərazi - Şimali Amerika, Çin, Böyük Britaniya, Honq Konq. Sinqapur, İsveçrə, Avstraliya, Braziliya, Çili, Meksika, və Tayland istisna olmaqla bütün dünyanı əhatə edir.

"Tibbi Sığorta: Acıbadem" Bu tibbi sığorta məhsulu 2 paketdən ibarətdir. "Crystal" və "Diamond". "Crystal" tibbi sığorta paketi maksimum 80 000 ABŞ dolları, "Diamond" tibbi sığorta paketi isə maksimum 500 000 ABŞ dolları sığorta təminatına malikdir.

Qeyd olunan məhsulların təminatına xarici xəstəxanalarda "check-up" müayinə, hamiləlik, xroniki və onkoloji xəstəliklər kimi mühüm xidmətlər daxildir.

"PAŞA Sığorta" ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova bildirib: "Azərbaycanın ən böyük sığorta şirkəti olaraq biz hər zaman müştərilərimizə yalnız ən yaxşı həlləri təqdim edirik. Məhz buna görə biz beynəlxalq sağlamlıq sığortası üzrə böyük təcrübəyə malik olan "Cross Border Health Partners" və "Global Benefits Group"u partnyor şirkətlər kimi seçmişik. Biz çox şadıq ki, öz müştərilərimizə təkcə Azərbaycanda yox, həmçinin bütün dünyada yüksək səviyyəli tibbi sığorta üzrə xidmət təklif edə bilirik".

Sığorta paketlərinin qiymətləri müraciət edən şəxsin yaşına, sağlamlıq tarixçəsinə görə dəyişir. Həmçinin bu məhsulları xüsusi şərtlərlə əldə etmək üçün fərdi, qrup, korporativ şəkildə də müraciət etmək olar.

Jurnalistlərlə görüşündə isə Ülviyyə Cabbarova əlavə edib ki, Azərbaycanda sığorta bazarının lideri olan "PAŞA Sığorta"nın təqdim etdiyi "Beynəlxalq Tibbi Sığorta" məhsulu beynəlxalq standartlara tam cavab verir.

O bildirib ki, hazırlanan yeni məhsul müştərilərin müraciəti əsasında yaranıb: "Buna əsas səbəb müştəri məmnuniyyətidir. Müştəri məmnuniyyəti amilini formalaşdıran və ona ən çox təsir edən göstərici xidmət keyfiyyətidir. Çünki müştəri məmnuniyyəti amili şirkətin inkişafına birbaşa təsir edən göstəricidir. Bazarın lider sığorta şirkəti olaraq bunlar bizim üçün çox mühümdür".

Ü.Cabbarova qeyd edib ki, şirkət belə bir məhsulla dünyanın istənilən nöqtəsində tibbi xidmət göstərməyə hazırdır: "Bu məhsulu təqdim etməklə bizim yaxın gələcək üçün əsas məqsədimiz qazanc yox, müştərilərin rahatlığını təmin etmək, onlara yeni imkanlar yaratmaqdır".

Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

İlkin İzzət
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *