21,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » İldırımdan bu cür qorunmaq lazımdır - VİDEO - FOTO


İldırımdan bu cür qorunmaq lazımdır - VİDEO - FOTO

08.06.2018 20:45
admin

İldırım, şimşək bəlkə də insanların ən çox qorxu və həyəcanla qarşıladığı təbii hadisələrdən biridir. İldırım təkcə yüksək səsi və göylərdə çaxan işıq effekti ilə yox, həm də vurduğu zərərlərlərlə yadda qalır. Bu zərərlərdən qorunmaq üçün hansı addımlar atılmalıdır?

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Zaqatala respublikanın ildırım və şimşək hadisələrinin ən çox təsadüf edildiyi ərazilərindəndir. 

Bu da rayonun relyef və iqlim şəraiti ilə əlaqəlidir. Əsasən, yaz aylarında vaxtaşırı təsadüf edilən bu hadisə bir çox hallarda sakinlərə mənəvi stress yaşatmaqla yanaşı, həm də maddi zərər vurur. Bir çox hallarda gözlənilmədən baş verdiyindən telefon aparatları, internet ötürücüləri, kabel və məişət texnikalarını sıradan çıxarır. Təkcə son illər ərzində ildırım hətta bir neçə dəfə evlərin alışmasına da yol açıb.  

Qönçələr Həsənova - Zaqatala sakini: "Paltaryuyan maşınımı ildırım vurmuşdu. Bunun şahidi olmuşam".

Gülnur Göndülova - Balakən sakini: "Tut ağacına vurmuşdu. Ondan sonra çox qorxuruq. Telefonlarımızı söndürürük". 

İldırımın fəsadlarını önləmək üçün bir sıra qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Belə tədbirlərin ən önəmlisi bina və fərdi yaşayış evlərinin damında ildırım qoruyucuların quraşdırılmasıdır. 

Vaqif Yusifov - Zaqatala sakini: "İldırım ötürücüsü qoymuşdum, ona görə də heç bir fəsadı olmayıb. Ev tikəndə yaxşı mütəxəssis olanda məsləhət görürlər ki, ötürücü qoyulsun". 

Mahmud Muradov - Mütəxəssis: "Hər bir müəssisə, hər bir ev tikilərkən yaxşı olar ki, elektrik məftilləri vasitəsilə ildırım ötürücüləri quraşdırılsın. Bunun əhəmiyyəti böyükdür".

İldırım daha çox sivri formalı əşyaları vurur. Eksperlər məsləhət görür ki, ildırım çaxan zaman yerə uzanmaq, evdə ikən qapı və pəncərələri bağlamaq, elektrik avadanlıqlarını cərəyan mənbəyindən ayırmaq, telefonla danışmamaq, radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmamaq lazımdır. Həmçinin su yaxşı elektrik keçiricisi olduğundan sudan da uzaq durmaq lazımdır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

DİQQƏT! İldırımdan bu cür qorunmaq lazımdır

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *