-6,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Astarada Milli Qurtuluş Günü qeyd edilib - FOTO


Astarada Milli Qurtuluş Günü qeyd edilib - FOTO

08.06.2018 21:21
admin

Bilik Fondunun Astara Bilik Evinin və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Bizə Qurtuluş bəxş etmiş dahi" mövzusunda sərgi və tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıb. Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə Astara Heydər Əliyev Mərkəzi fondunun baş mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə edib. Bildirib ki, görkəmli dövlət xadimi, bütün türk dünyasının nadir tarixi simalarından olan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrilib. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini qoruyub və onu daimi, əbədi, sarsılmaz, dönməz edib. Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılıb və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti var. Bu gün Prezident İlham Əliyev ümummilli liderin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.

Tədbirdə Astara Tarix-Diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova, Astara rayon Pedaqoji Kollecin müəllimi Elçin Mahmudov və Astara Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova çıxış ediblər.

İştirakçılara Milli Qurtuluş Günü mövzusunda sənədli film nümayiş olunub, Astara Bilik Evinin rəssamlıq dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *