21,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçirilib - FOTO


Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçirilib - FOTO

07.06.2018 22:31
admin

Beynəlxalq Muğam Mərkəzində VIII "Şairlər günü"nə həsr olunmuş tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbir görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə həsr olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Müşfiqin 110 illik yubileyi respublikamızda təntənəli şəkildə qeyd edilir. Tədbir Gənc Şairlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi), TURKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kİtabxanası, TİKA, Azərkitab - Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyi ilə reallaşıb.

Tədbirdə İlk olaraq Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Mikayıl Müşfiqə həsr olunmuş film nümayiş etdirilib.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza bu tədbirin ölkəmizdə artıq 8 ildir ki, keçirildiyini və builki mərasiminin unudulmaz şair Mikayıl Müşfiqin anılması ilə başlandığının heç də təsadüfi olmadığını söyləyib.

Bildirilib ki, Azərbaycanda keçirilən ənənəvi "Şairlər Günün"də həmişə olduğu kimi, bu dəfə də ölkəmizin, habelə dünyanın 10-dan çox ölkəsindən incəsənət, mədəniyyət xadimləri, tanınmış şairlər və ziyalılar iştirak edirlər.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, millət vəkili Qənirə Paşayeva, millət vəkili Jalə Əliyeva, TURKPA-nın baş katibi Altınbek Mamayusupov, Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız da çıxış edərək, poeziyanın insan həyatındakı rolundan danııblar, həyatdan nakam getmiş Mikayıl Müşfiq poeziyasının qüdrəti haqqında fikirlərini bölüşüblər. Qeyd olunub ki, Mikayıl Müşfiq həm Azərbaycanın, həm də Türkiyənin şairidir.

Daha sonra Mədəniyyət və ədəbiyyat sahəsində əməkdaşlığa, bu cür tədbirlərin keçirilməsində göstərdikləri diqqət və qayğıya görə xalq artiləri Murad Hüseynov, Ağaverdi Paşayev və TURKPA-nın baş katibi Altınbek Mamayusupov Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız və tərəfindən xüsusi mükafatla təltif ediliblər.

Bədii hissədə əməkdar artistlər Ehtiram Hüseynov, Almaz Orucova, muğam müsabiqəsinin qalibi Kamilə Nəbiyeva, beynəlxalq və respublika müsabiqələrinin qalibi Lalə İbrahimova, Rövşən Əziz, Nigar Cəlilova, Kazım Nicat Fəxri, Toğrul Rza musiqi nömrələri ilə çıxış ediblər.

İfaçıları Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri, baş dirijor Xalq artisti Ağaverdi Paşayevdir.

Xatırladaq ki, iyunun 7-də Beynəlxalq Muğam Mərkəzində "Baku Summer Jazz Days" layihəsi çərçivəsində ABŞ-ın fank bas gitaraçısı və müğənnisi Nik West öz ansamblı ilə çıxış edəcək.

İyunun 8-də isə Beynəlxalq Muğam Mərkəzində tamaşaçıları Fransanın populyar musiqiçiləri Jacky Terrasson və Stephane Belmondo və onların yeni layihəsi TERRAMONDO ("Mother") ilə görüş gözləyir.

Biletləri şəhərimizin kassalarından, "ASAN xidmət" mərkəzlərindən və İticket.az saytından əldə etmək olar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *