32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Həkimdən dondurmalarla bağlı –


Həkimdən dondurmalarla bağlı –

07.06.2018 22:40
admin

Dondurma uşaqlar üçün faydalıdır, amma südə və müxtəlif giləmeyvələrə allergiyası olan uşaqlara vermək olmaz.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev qeyd edib. O bildirib ki, satışda olan dondurmalara müxtəlif yağlar və aromatizatorlar əlavə edildiyindən həm keyfiyyətsiz olur, həm də allergiya yaradır:

"Diabetiklərə və kök uşaqlara dondurma vermək üçün həkiminizlə məsləhətləşin. Tez-tez xəstələnən, angina və boğaz ağrısı olan uşaqlara çox ehtiyatla verilməlidir. Belə bir fikir var ki, dondurma angina-filan yaratmır, amma bu fikir bizim uşaqlar üçün keçərli deyil. Çünki biz yay-qış uşağın boğazını soyuqdan qoruyuruq. Düzgün eləmirik, çünki onda boğaz (əsnək) soyuğa və müxtəlif xəstəliktörədicilərə çox həssas olur. Ona görə belə uşaqlara dondurmanı otaq temperaturunda versək yaxşıdır. Ən məsləhətlisi isə dondurmanı evdə özünüzün hazırlamağınızdır. Satışda da keyfiyyətli dondurma var, amma çox bahadır və hamıya əlçatan deyil".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *