32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Hüseynə dəstək!" aksiyasına məşhur aktyorlar da qoşuldular -


"Hüseynə dəstək!" aksiyasına məşhur aktyorlar da qoşuldular -

07.06.2018 22:00
admin

""Hüseynə dəstək!" aksiyasına aktyorlar da qoşuldular. İslam Mehrəliyev, Fərda Xudaverdiiyev, Məleykə Əsədova, Bəhram Bağırzadə, "Bozbash Picture"in aktyorları - İlkin Misgərli, Ramil Babyev və İlkin Həsəni - hər birinizə dərin təşəkkürümü bildirirəm! İnşəAllah, bu mübarək Ramazan ayında səsinizə (səsimizə) səs verən tapılar".

Milli.Az xəbər verir ki, bunu uzun müddətdir serebral iflici (Serebral Palsy) xəstəliyindən əziyyət çəkən 8 yaşlı xəstə Hüseynin atası, ATV-nin əməkdaşı Bəxtiyar Fətullayev bildirib.

Artıq hər yerdən ümidi üzülmüş çarəsiz ata dostlarına müraciət edərək bu xəbəri paylaşmağı xahiş edib: "Bu mübarək ayda həm öz savabımızı artıraq, həm də nəcib, xeyirxah əməl sahibi olmaq istəyən digər insanların Hüseyndən xəbərdar olmasına, onun müalicəsinə kömək etmələrinə yardımçı olaq. Bir insanın xilası bütün bəşəriyyətin xilasıdır. Hər bir yaxşılığın mütləq bir mükafatı vardır!"

Qeyd edək ki, jurnalist Bəxtiyar Fətullayevin 8 yaşlı övladı Hüseyn doğulandan bəri ağır xəstədir. Uşaq serebral iflici (Serebral Palsy) xəstəliyindən əziyyət çəkir. Ailə bu vaxta kimi onun müalicəsi üçün maddi baxımdan əllərində olan nə varsa, hamısını verib. Lakin indi hər şey tükənib. Çıxış yolunu xeyirxah insanların mərhəmətində axtaran çarəsiz ata övladının həyatını qurtarmaq məqsədilə maddi yardım üçün bir neçə dəfə müraciət yayıb. Müraciətə səs verənlər çox olsa da, hələ də Hüseynin müalicəsi üçün lazım olan məbləğin yalnız cüzi bir hissəsi yığılıb.

Xatırladaq ki, balaca Hüseynə kömək çağırışına ATV-nin əməkdaşları, o cümlədən bir neçə məşhur şəxs də qatılmış və bununla bağlı video çarx hazırlanaraq yayılmışdı.

Bank rekvizitləri:

Bank Respublika ASC

Kod: 508182 VOEN 9900001901

M/h: AZ80NABZ01350100000000014944

SWİFT: BRESAZ22

ADI: Baxtiyar

SOYADI: Fatullayev

IBAN: AZ17BRES00380194400144786301

--------

MİLLİÖN terminalları ilə:

Bank Respublika ASC

Hesab nömrəsi (AZN): 380194400144786301

Şəxsiyyət vəsiqəsi ilə hesab üzrə kod sözü: 09372782

Telefon: 050 3911980; 077 4714181

Yusif Nəsirli
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *