21 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Yas mərasimlərində mərsiyə demək İslamda varmı? - VİDEO


Yas mərasimlərində mərsiyə demək İslamda varmı? - VİDEO

07.06.2018 22:04
admin

Yas mərasimlərinə pulla xidmət göstərən mərsiyə deyənlər çağırılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, dəvət olunan bu kəslər isə ah-fəğan edib qışqırır və aldıqları pulun qarşılığını bu cür ödəməyə çalışırlar.

Bəs əslində İslam dinində mərsiyə deyənlərin yasa dəvət olunması və onların yasda ağlayıb insanları da ağlamağa sövq etməsi kimi qayda varmı?

İlahiyyatçı Mirhəmid Məmmədov deyir ki, mərsiyə demək anlayışını indi yaslarda bir çox hallarda təhrif edir, peyğəmbər nəvələrinin qətlinə həsr olunan mərsiyələrə bəzən əlavələr edib oxuyurlar. Bu, qəbuledilməzdir.

Mirhəmid Məmmədov bildirir ki, mərsiyə demək İslam qaydalarına birbaşa zidd deyil. Buna görə yas mərasimlərində mərsiyə deyilə bilər. Ancaq bu mərsiyə insanların cəsurluğa, igidliyə səsləməlidir.

Onu da qeyd edək ki, bəzi yas mərasimlərdə mərsiyə demək adı ilə yasa dəvət olunan şəxslər özlərindən cümlələr əlavə edərək hay-küy salırlar. Bu isə bəzən dini gözdən salır və haqlı olaraq insanların narazılığına səbəb olur.

İlahiyyatçılar isə onu bildirir ki, yasda təmkinli olmaq və səbr etmək tələb olunur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yas mərasimlərində mərsiyə demək İslamda varmı?

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *