21,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Evlilik mövzusu dövlət qurumları ilə müzakirə edildi - FOTO


Evlilik mövzusu dövlət qurumları ilə müzakirə edildi - FOTO

06.06.2018 19:42
admin

"Müasir İnkişaf" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Erkən evlilik" probleminin sosioloji tədqiqi və onun həlli istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsi çərçivəsində Bakı şəhəri, Texniki-Humanitar Liseydə konfrans keçirilib.

Tədbirdə ilk çıxış edən Texniki-Humanitar Liseyin direktoru Səidə Zeynalova uşaqların beynəlxalq müdafiəsi günündə belə bir tədbirin keçrilməsinin əhəmiyyətli olduğunu söyləyib. O, liseyin təhsil göstəricilərindən qısa olaraq danışıb.

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü təmsil etdiyi ictimai təşkilatın 13 yaşını qeyd etdiklərini və hər zaman belə aktual mövzulara aid tədbirlər həyata keçirdiklərini açıqlayıb. Azərbaycanda erkən evlilik probleminin faizinin aşağı olduğunu deyən M.Göyüşlü buna baxmayaraq mövzuyla bağlı daim maarifləndirmə işləri aparmağın zəruri olduğunu qeyd edib. O, layihənin və tədbirin gerçəkləşməsində dəstək olan dövlət qurumlarına minnətdarlığını bildirərək, görülən işlərin QHT-hökumət əməkdaşlığının bariz nümunəsi olduğunu vurğulayıb.
AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru, gender üzrə mütəxəssis Rauf Məmmədov erkən evlilik probleminin yaranma səsəbləri və ondan çıxış yolları haqqında fikirlərini bildirib. O, dövlət qurumlarının təqdim etdiyi statistik rəqəmlərə əsaslanaraq bu sahədə olan vəziyyəti dəyərləndirib və bəzi regionlarda problemlərin mövcud olduğunu açıqlayıb. R.Məmmədov dünyada bu sahədə olan durumdan da bəhs edib. R.Məmmədov təhsil, iqtisadi göstəriclərin yüksək olduğu yerlərdə erkən evlilik probleminin faizinin az olduğunu vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Tural Hüseynzadə erkən evliliklə bağlı tətbiq edilən cəza mexanizimindən danışıb. O, cəza ilə yanaşı təbliğat aparılmasını, maarifləndirici tədbirlərin təşkil edilməsini də vacib saydığını söyləyib.
Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva mövzunun əhəmiyyətindən bəhs edib. Nəsimi rayonunda ailə problemlərinə, erkən evlilik məsələlərinə toxunan G.Verdiyeva ortaya çıxan mənfi hadisələrin savadsızlıqdan qaynaqlandığını açıqlayıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Anar Qədiməliyev təmsil etdiyi qurumun keyfiyyətli təhsil verməklə yanaşı şagirdləri həyata hazırlamaqla da məşğul olduğunu qeyd edib. A.Qədiməliyev mövzuyla bağlı qısa fikirlərini bildirdikdən sonra şagirdləri dərsdən əlavə ictimai fəaliyyətlərdə də aktiv olmağa səsləyib.

Ombudsman Aparatının əməkdaşı Müqalib Mahmudov qeyd edib ki, təmsil etdiyi qurum uşaq hüquqlarının təbliğinə çox ciddi yanaşır. Erkən evlilik probleminin həlli üçün bu cür maarifləndirici tədbirlərin keçirilməsinə ciddi ehtiyac olduğunu söyləyən M.Məmmədov Ombudsmanın nəzdində yaradılmış Uşaq Hüquqları Resurs Mərkəzi haqqında danışıb.

Prezident yanında Bilik Fondunun əməkdaşı Almaz Axundova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Rövşən Nəzərov erkən evlilik, buna qarşı mübarizə yolları və s. bağlı fikirlərini bildirblər.

Sonda hökumət qurumları ilə ictimaiyyət arasında bu mövzuda əməkdaşlığın daha da sıxlaşdırılması və genişləndirilməsi istiqamətində təkliflər səsləndirilib.
Qeyd edək ki, tədbir zamanı Texniki Humanitar Liseyin şagirdləri musiqi və şeir parçalaraı səsləndirərək iştirakçılarda xoş ovqat yaradıblar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *