21,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Orucluğun ictimai təsirləri


Orucluğun ictimai təsirləri

05.06.2018 23:40
admin

Oruc mənəvi ibadətdir ki, Allah rizası üçün yerinə yetirilir. Oruc, oructutanın rəftarına, danışığına və əməlinə öz təsirini qoyur. Həzrət Zəhra (s.ə) buyurur: "Oructutan ki, dilini, qulağını, gözünü, bədənini qoruya bilməzsə, oruc nə işinə yarayar ki?".

O zaman ki, insan orucundan və Ramazan ayından istifadə edər - günahdan uzaq olar, bütün bədən üzvlərinə nəzarət edər, bu, həmin insan üçün bir mələkəyə çevrilər və qalan aylarda da o cür olmağa çalışar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, oruc tutanların camaat namazlarında iştirak etməsi, Qədr gecələrində bir yerə toplaşması insanların ictimai rabitələrini gücləndirər və həmrəyliyə səbəb olar.

"Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbr edənlərlədir". ("Bəqərə" 153).

İsti yay günlərində oruc tutmaq çətin olsa da, insan həmrəylik yolu ilə bu çətinliyi özü üçün asanlaşdıra bilər. Belə ki, ətrafında olanların da oruc tutduğunu görər və tək olmadığını anlayar, bu zaman orucluğun əziyyəti onun üçün asanlaşar və ibadətindən ləzzət aparar.

Həmçinin oruc tutmaq zəngin ilə yoxsul arasında olan fərqi aradan qaldırar və zəngin insan yoxsuluğun çəkdiyi əziyyəti hiss edər və aralarında həmdərdlik və həmrəylik yaranar.

İmam Sadiq (ə) buyurur: "Allah orucu ona görə vacib etmişdir ki, bu yolla zəngin və yoxsul bərabər olsunlar".

Ramazan ayının başqa ictimai faydalarını iftar sürfələrində görmək olar. Uzun zaman görə bilmədiyin sevimli insanları iftar süfrəsində görürsən və onlarla olan rabitələrini yeniləyir və möhkəmləndirirsən.

Ona görə də deyə bilərik ki, Ramazan ayının mənəvi təsirləri olduğu kimi, maddi və ictimai təsirləri də vardır ki, bütün bəşərə ancaq fayda verir. Bu səbəbdən də bu mübarək ayın bizə verdiyi bu dəyərli fürsətlərdən lazımlı qədər istifadə edək və bir-birimizə yaxınlaşmağa çalışaq. Kini, düşmənçiliyi, həsədi, paxıllığı aradan qaldırmaq üçün ən gözəl fürsətlərdəndir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *