21,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Tekfen Filarmoniya Orkestri Bakıda “100 il” adlı konsert proqramı ilə çıxış edib - FOTO


Tekfen Filarmoniya Orkestri Bakıda “100 il” adlı konsert proqramı ilə çıxış edib - FOTO

05.06.2018 23:46
admin

İyunun 5-də Heydər Əliyev Mərkəzində "Tekfen" Filarmoniya Orkestri "100 il" adlı möhtəşəm konsert proqramı ilə çıxış edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş konsertin tamaşaçıları sırasında respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri də olublar.

Heydər Əliyev Mərkəzi və "Tekfen" inşaat şirkətinin təşkilatçılığı ilə keçirilən klassik musiqi axşamında orkestr tanınmış dirijor Аziz Şoxakimovun bədii rəhbərliyi ilə bir-birindən parlaq klassik musiqi nömrələri ifa edib. Gecədə görkəmli bəstəkarlar Qara Qarayev və Hacı Xanməmmədovun, habelə Ülvi Cemal Erkinin (Türkiyə) və Şarl Qunonun (Fransa) əsərləri səsləndirilib.

Dünya şöhrətli pianoçu Hüseyin Sermet və kamança ifaçısı Mehri Arifqızının solist qismində çıxışı gecəyə əlavə gözəllik qatıb.

Orkestr bütün professional ifaçılıq imkanlarını təqdim etməklə, musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib. Eyni zamanda, universal ifaçılıq üslubunu nümayiş etdirən kollektivin çıxışı salonda yüksək əhval-ruhiyyə yaradaraq hərarətli alqışlarla qarşılanıb.

Tanınmış dirijor Аziz Şoxakimov jurnalistlərə müsahibəsində Azərbaycanı çox sevdiyini və həmişə bu ölkəyə gəlmək arzusunda olduğunu, Bakıda çıxış etməsindən məmnun qaldığını bildirib. Azərbaycan musiqisinə valeh olduğunu söyləyən dirijor hətta Azərbaycan rəqsi öyrənməyə başladığını vurğulayıb.

Kamança ifaçısı Mehri Arifqızı isə müsahibəsində "Tekfen" Filarmoniya Orkestri ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konsertdə çıxış etməsindən şərəf duyduğunu bildirib.

Qeyd edək ki, "Tekfen" Filarmoniya Orkestri 1992-ci ildə yaradılıb. Qara dəniz, Xəzər dənizi və Şərqi Aralıq dənizi bölgələrinin musiqiçilərini bir araya gətirdiyinə görə həm də "Üç dənizin səsi" adı ilə tanınır.

Orkestrin ölkəmizdə ilk konserti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2003-cü il yanvarın 14-də reallaşıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *