32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Bakıda avtomobili park etmək üstündə qətl


Bakıda avtomobili park etmək üstündə qətl

05.06.2018 23:51
admin

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vidadi Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişin hüquqi varisi, mərhum Şahin İsgəndərovun qardaşı Elçin İsgəndərovun məhkəməyə teleqram göndərdiyi elan olunub.

O, hadisədən sarsıldığını, təqsirləndirilən şəxsi görmək istəmədiyini, prosesə gələrsə, münaqişə yarada biləcəyini qeyd edib.

Daha sonra məhkəməyə gəlməyən iki şahidin ifadələri elan olunub.

Məhkəmə istintaqı yekunlaşıb.

Növbəti proses iyunun 7-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsində qeydə alınıb. 57 yaşlı Vidadi Rzayev aralarında yaranmış mübahisə zəminində qonşusu, 47 yaşlı Şahin İsgəndərova bıçaqla 9 dəfə zərbə vurub. Şahin İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yasamal rayon hüquq mühafizə orqanlarının əməkdaşları V.Rzayevi saxlayıblar.

Hadisə şahidlərinin verdiyi məlumata görə, mərhum Ş.İsgəndərov dəfələrlə qonşusu V.Rzayevə avtomobilini yolda saxlaması ilə bağlı iradını bildirib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *