21,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Ötən ay ərzində 130 hərbi sursat tapılıb


Ötən ay ərzində 130 hərbi sursat tapılıb

05.06.2018 22:04
admin

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu ilin may ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə hesabat yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, may ayı ərzində agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Goranboy, Xızı, Qazax, Tərtər rayonları və Bakı şəhəri ərazisində 482.01 hektar ərazi yoxlanılıb, 129 ədəd partlamamış hərbi sursat və 1 ədəd piyada əleyhinə mina (cəmi 130 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 485 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 52 881.03 hektar ərazi təmizlənib, 796 884 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

May ayı ərzində Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzindən 14, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 11 müraciət daxil olub. Müraciətlər əsasında 10 450 kv.m ərazi təmizlənib, 38 ədəd partlamamış hərbi sursat aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin may ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *