32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » EHTİYATLI OLUN! Sellofan paket və plastik qablar TƏHLÜKƏLİDİR - VİDEO - FOTO


EHTİYATLI OLUN! Sellofan paket və plastik qablar TƏHLÜKƏLİDİR - VİDEO - FOTO

05.06.2018 20:10
admin

ARB TV-nin "Günə doğru" verilişində sellofan torbalar haqda süjet efirə gedib.

Əvvəllər daha çox parça və kağızdan hazırlanan torbalar bu gün sellofan torbalarla əvəz olunub. Hətta 10-15 dəqiqə istifadə etdiyimiz sellofan torbaların olmadığı bir həyat düşünə bilmirik. Küçələrdə, bazarlarda, market və mağazalarda, bir sözlə hər yerdə satılan polietilen torbalar çox ucuz qiymətə təklif edilir, əskər zaman da pulsuz verilir. Lakin sellofan torbaların fəsadlarından bir çoxları xəbərsizdir.

Bu cür torbaların rəngi asanlıqla insanın əlinə və torbada saxlanılan ərzağa keçir. Ərzaq vasitəsilə isə də insan orqanizminə. Şəffaf paketlər isə çox nazik olduğundan içərisinə isti çörək və ya digər isti ərzaq qoyduqda əriyir və ərzaqla reaksiyaya girir.

Həkimlərin sözlərinə görə, təbii olmayan hər bir şey insan orqanizminə ziyandır, xüsusilə də plastikdən hazırlanan məhsullar...

Hüseyn Sultanov (həkim): "Əksəriyyəti neft məhsullarından alınır və təkrar emaldan gələnlər isə daha təhlükəlidir. Bu qan damar problemlərinə gətirib çıxarır".

Təxminən 5 ildir ki, bu məsələlərlə bağlı xüsusi komissiya da fəaliyyət göstərir.

Bu torbaların həyatımıza nə qədər çox nüfuz etdiyini demək isə artıqdır. Sadəcə, ətrafa nəzər salmaq kifayətdir. Plastik və polietilen torbaların zərəri təkcə orqanizmimizdə açdığı fəsadlarla bitmir, bizə daha böyük ziyan onların ekologiyaya vurduğu zərərdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

EHTİYYATLI OLUN! Sellofan paket və plastik qablar TƏHLÜKƏLİDİR

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *