32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Yay aylarında Azərbaycanda harada dincəlmək olar? - VİDEO


Yay aylarında Azərbaycanda harada dincəlmək olar? - VİDEO

02.06.2018 22:53
admin

Yay mövsümündə ecazkar təbiət, mülayim dəniz və təmiz hava axtaranların heç də uzağa getmələrinə ehtiyac yoxdur. Zəngin təbiəti, ildən-ilə artan turizm potensialı ilə ölkəmiz istər yerli, istərsə də xarici turistlərin yay mövsümünü yaddaqalankeçirmələri üçüntam ixtisaslaşıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, əsrarəngiz təbiət, tarixi abidələr, zəngin mətbəx, ekstremal əyləncələr və dəniz turizmi.

Azərbaycan bölgələrinin turizm sahələri üzrə ixtisaslaşması ölkəmizə turist axınına müsbət təsir edir.

Xüsusilə də yayın vazkeçilməzi hesab olunan çimərlik mövsümü ölkəmizdə iyun ayından başlayaraq sentyabrın sonunadək davam edir.

Meşə və dağlara səyahəti sevənlər üçün isə bir-birindən maraqlı turlar sizin macəraya olan həvəsinizi tam təmin edə bilər. Bura ovçuluq, ekstremal xarakterli safari turları və Qafqaz dağlarına səfərləri daxil etmək olar.

Bir çox turizm bölgələrində xeyli sayda müalicəvi termal və mineral bulaqlar da var ki, bu sahədə də turistlər üçün geniş istirahət imkanları açılır. Naftalan nefti, Masallıda isti su və Naxçıvan duz dağ müalicə komplekslərində hər il minlərlə turist sağlamlıqlarını bərpa edə bilir. Bölgələr üzrə seçim isə turistin istəyinə uyğun aparılır.

Bunlardan başqa, hər il paytaxt və bölgələrdə ölkəyə gələn qonaqlar və yerli sakinlər üçün bir-birindən maraqlı musiqi konsertləri də təşkil olunur ki, bu da həmin şəhərləri turistlər üçün cazibə mərkəzinə çevirir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yay aylarında Azərbaycanda harada dincəlmək olar?

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *