21,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » 11 əsas küçədə parklanma qadağan ediləcək - VİDEO


11 əsas küçədə parklanma qadağan ediləcək - VİDEO

02.06.2018 23:02
admin

Fizuli,Səməd Vurğun, Həsən Əliyev, Bakıxanov da daxil olmaqla paytaxdakı11 küçə və prospektdəparklanma qadağan ediləcək. Buna səbəb həmin ərazilərdəki parklanmanın hərəkətə mane olmasıdır. Bakı nəqliyyat agentliyindən bildirilib ki, həmin ərazilərdə əsasən qanunsuz parklanma həyata keçirilir. Bu 11 küçədə parkomatlara rast gəlinsə, onların da yeri dəyişdiriləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın əsas küçələrində hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək.

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri şəhərin əsas arterial damarı hesab edilən 11 küçədə parklanma ilə bağlı vəziyyəti təhlil ediblər. Nəticədə də həmin küçələrdə yol hərəkətinə mane olan yerlərdə parklanmanın qadağan edilməsi barədə qərar qəbul edilib. Bununla bağlı layihə də hazırlanıb.

Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin sözlərinə görə, nəqliyyat vasitələrinin nisbətən az olduğu nəzərə alınaraq işlər qarşıdakı yay aylarında həyata keçiriləcək.

Sözügedən ərazilərdə parklanmanın qadağan olunması sürücülərin də ürəyincədir.

Bununla yanaşı, paytaxtda 74 yol kəsişməsində nəqliyyatın vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihə də icra ediləcək. Bu çərçivədə müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
11 əsas küçədə parklanma qadağan ediləcək

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *