32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » 36 yaşlı Salyan sakini öz qardaşı tərəfindən bıçaqlandı,


36 yaşlı Salyan sakini öz qardaşı tərəfindən bıçaqlandı,

02.06.2018 23:33
admin

Ötən gün axşam saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, dünən axşam saatlarında rayonun Sarvan kəndinin 36 yaşlı sakini Amid Fərəc oğlu Əsədov sağ sağrı nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində daxili qanaxma ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Xəsarət alan ilkin ifadəsində bıçaq xəsarətini tövlələrindəki iribuynuzlu heyvanın ucbatından özü özünə yetirdiyini deyib. Belə ki, heyvanın boynuna dolanmış ipi açmaq istəyərəkən onu vurub və bu zaman əlindəki bıçaq özünə batıb.

Lakin polisin apardığı təhqiqat nəticəsində məlum olub ki, Amid Əsədov ailə münaqişəsi zəminində 29 yaşlı qardaşı Təbriz Əsədov tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *