21,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Ramazan ayında üzrlü səbəb üzündən oruc tuta bilməyən şəxs...


Ramazan ayında üzrlü səbəb üzündən oruc tuta bilməyən şəxs...

02.06.2018 21:15
admin

Ramazan ayında üzrlü səbəb üzündən oruc tuta bilməyən şəxs bu ayın bərəkətindən məhrum olurmu?

Ramazan mübarək aydır və hər kəs bu ayın bərəkətindən faydalanmağa çalışmalıdır. Ramazanın bərəkətindən məhrum qalmaq böyük itkidir. Əgər insan qəsdən, heç bir üzrü olmadan Ramazan ayının orucunu tutmasa, günah etmiş olur və təbii ki, bu mübarək ayın savabını itirir.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma əgər üzrü varsa, bu halda onun Ramazan bərəkətindən məhrum qaldığını söyləmək düzgün deyil. Əgər insan səfər, xəstəlik, heyz (qadınlarda) üzündən Ramazan ayının istər bir neçə günündə, istərsə də bütün ay boyunca oruc tutmasa, öhdəsində olan vəzifəyə düzgün əməl etdiyi təqdirdə savab sahibi olur. Öhdəsində olan vəzifə deyərkən, sağaldıqdan sona həmin günün orucunu qəza etmək, lazım olan hallarda ehtiyaclı şəxslərə fidyə (yemək) vermək nəzərdə tutulur. Unutmaq olmaz ki, oruclu şəxsə iftar vermək, oruclu şəxsə xidmət göstərmək, oruc tuta bilməsə də, digər ibadətləri yerinə yetirmək, çoxlu dua etmək, Quran oxumaq, ehsan vermək və s. yollarla da savab qazanmaq mümkündür. Əlbəttə, bir daha təkrar edirik ki, bunlar üzrlü səbəb üzündən oruc tuta bilməyənlərə aiddir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *