32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Tibb Universitetində ailə həkimi ixtisası üzrə rezidenturaya qəbul keçirilə bilər


Tibb Universitetində ailə həkimi ixtisası üzrə rezidenturaya qəbul keçirilə bilər

02.06.2018 21:25
admin

"Regionlarda həkim çatışmazlığı var. Biz çalışırıq təyinatla bu işləri həll edək".

Milli.Az BBC-yə istinadən bildirir ki, Tibbi Sığorta Agentliyinin şöbə müdiri Şəfayət İsmayılova belə deyib.

Onun sözlərinə görə, 2005-2015-ci illər ərzində ölkədə həkimlərin sayı azalıb. Bu isə pilot seçilən bölgələrdə ailə həkimi layihəsinin tətbiqi üçün əsas problemlərdən biridir.

Şəfayət İsmayılova deyib ki, xüsusilə Yevlax ərazisində həkim sayı azdır.

"Ailə həkimi" layihəsi Yevlax, Mingəçevir və Ağdaşda keçirilir.

Şəfayət İsmayılova deyir ki, hazırda ölkə üzrə bir ailə həkiminin 2500 nəfəri əhatə etməsi nəzərdə tutulur, amma "elə ərazilər var ki, orda 3000-3500 nəfəri bir ailə həkiminə təhkim etməyə" məcbur olublar.

Adambaşına 18 manat

Şöbə müdiri əlavə edib ki, ailə həkimlərin maaşı ambulator işləyən həkimlərdən fərqlənəcək, hazırda bu il üçün icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə ilkin səhiyyə xidmətlərinin göstərilməsinə görə adambaşına 18 manat vəsait ayrılıb.

Şəfayət İsmayılova izah edir ki, ilkin səhiyyə xidməti dedikdə ailə həkimi, onun yanında tibb işçisi və ona lazım olan tibbi ləvazimatlar nəzərdə tutulur.

Tibb Univeristetində ailə həkimi ixtisası olacaq

Azərbaycan Tibb Universitetinin ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov isə BBC News Azərbaycancaya bildirib ki, bəzi bölgələrdə ailə həkimi çatışmazlığını nəzərə alaraq ailə həkimi ixtisasının yaradılması istiqamətində işləyirlər.

Onun sözlərinə görə, bu ildən Azərbaycan Tibb Universitetində "ailə həkimi" ixtisası üzrə rezidenturaya qəbul keçiriləcək.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *