21,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Şücaətin 4 mərhələsi. Ən üstün şücaət necə olur?


Şücaətin 4 mərhələsi. Ən üstün şücaət necə olur?

02.06.2018 21:45
admin

Şücaət dedikdə, qəlbin qüvvəti nəzərdə tutulur. Yəni, insan qəlbi hər nə qədər güclü olarsa, insan da bir o qədər şücaətli və igid olar.

Şücaət mühüm fəzilətlərdən biri hesab olunur. Quran onu hökumətin əsası hesab edir və ona xüsusi inayətini belə bəyan edir:"Şübhəsiz, Allah Onun yolunda poladdan divar kimi səf çəkib döyüşənləri sevər". ("Səff" 4).

"(Peyğəmbərləri) dedi: "Şübhəsiz, Allah onu sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani güc verib. Allah Öz hökmdarlıq və şahlığını istədiyi şəxsə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir"". ("Bəqərə" 247).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, şücaətin şiddət və zəif cəhətdən mərhələləri vardır. Hər mərhələnin də öz şiddət və zəif dərəcələri vardır. Şücaətin ilk mərhələsi - düşmənə döyüş meydanında qalib gəlməkdir.

Şücaətin ikinci mərhələsi - əmmarə nəfsə qalib olmaqdır. Necə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Ən şücaətli insan o kəsdir ki, nəfsani istəklərinə hakim olar".

Şücaətin üçüncü mərhələsi dünyanın eniş və yoxuşlarında olan çətinliklərə qalib gəlməkdir. "Məgər insanlar "İman gətirdik" - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar". ("Ənkəbut" 2-3).

Şücaətin dördüncü mərhələsi ən üstün məqamdır ki, ondan üstünü yoxdur. Nəfsində olan rəzil sifətlərin kökünü kəsib, fəzilətli sifətləri ora yerləşdirməkdir. "Ey iman gətirənlər, şeytanın addımlarına tabe olmayın. Kim Şeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis və çirkin işə əmr edir. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (pis əqidə, əxlaq və əməldən) pak olmazdı. Lakin istədiyini (kamillik mərhələlərində) paklaşdıran Allahdır. Allah (hər şeyi) eşidən və biləndir". ("Nur" 21).

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *