21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Balakən: qadınlar imama 18 yaşdan aşağı qızlara "kəbin kəsmə" deyiblər


Balakən: qadınlar imama 18 yaşdan aşağı qızlara "kəbin kəsmə" deyiblər

02.06.2018 22:25
admin

Balakən rayonunun Qaysa kəndində bir qrup qadın kəndin imamına müraciət edərək 18 yaşından aşağı qızlara dini nikah qıymamasını istəyib.

BBC Azərbaycancaya danışan qadınlar qrupunun üzvü Meysərət Qeysəyeva deyir ki, onların 15 nəfərdən ibarət qadınlar qrupu "Novruz" adlanır.

O deyir ki, erkən nikah ənənəsi keçmişdən qalıb və onlar bununla mübarizə aparırlar.

"İmama əvvəldən xəbərdarlıq edirik ki, ola bilər, hansısa bir ailə sizə qızına ərə getməsi məqsədilə nikah kəsilməsi üçün müraciət edə bilər. Çünki, bəzi insanlar dövlət tərəfindən rəsmi nikah olmasa da dini nikahın olmasını qəbul edirlər", Meysərət Qeysəyeva deyir.

Onun sözlərinə görə, "Novruz" qadın qrupu belə hallara qarşı mübarizə aparır.

Balakən rayonu Qaysa kəndinin imamı Məhəmməd Xutrayev məlumatı BBC Azərbaycancaya təsdiqləyib və deyib ki, həm şəriət, həm də dövlət evlilik üçün həddi-buluğ yaşını 18 kimi tanıyır.

"18 yaşdan aşağı biz nikah qıymırıq. Əgər yaşı gizlətmə halı olarsa, biz onlardan doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi tələb edirik".

"Qadınlar qrupu haqlıdır, elə şeylər olur, amma onlar vaxtaşırı bizimlə məsləhət edirlər", deyə kənd imamı əlavə edib.

Meysərət xanım bildirir ki, onların qrupu Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində yaranıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *